11:40 15.08.2020 473

Millimizin keçmiş hücumçusu niyə özünə klub tapa bilmir?

"Sumqayıt” komandasının tarixində ən çox qola imza atmış futbolçu Amil Yunanov hazırda klubsuzdur.

Fanat.az xəbər verir ki, 27 yaşlı hücumçu ilə Premyer Liqanın heç bir komandası maraqlanmır. Yunanov 2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlik yarışında 10 qolla ikinci olub. O, həmin dönəmdə 28 oyunun hamısında 2245 dəqiqə meydanda olub. Hücumçu 2016 – 2018-ci illərdə 4 dəfə Azərbaycan millisinin də formasını geyinib.

Yunanov "Report”a açıqlamasında hazırda klubsuz qalmasının səbəbini bilmədiyini söyləyib. O, deyib ki, üzləşdiyi durum onun üçün də gözlənilməz olub: "Komanda ilə məşq etməsəm də, özüm fərdi qaydada çalışıram. Yay vaxtı doğma Tovuz rayonunda idim. Çempionat yekunlaşmamışdan öncə "Sumqayıt”la bir müddət məşqə çıxmışdım. 1 aya yaxın məşq etdikdən sonra isə çempionatla bağlı yekun qərar verildi. Komandasız məşq etmək çətindir, amma fiziki formamı qorumağa və çəkimin artmaması üçün çalışıram”.

Forvard "Sumqayıt”ın ona yeni müqavilə təklif etməməsi ilə bağlı da danışıb. Yunanov mövsüm başa çatandan sonra onunla əlaqənin kəsildiyini söyləyib: "Rəhbərliyin mənə müqavilə təklif etməməsi özümə də maraqlıdır, səbəbini həqiqətən bilmirəm. Bunu klubdan soruşsanız, daha yaxşı olar. Ağlıma hansısa səbəb gəlmir. Çempionat başa çatandan sonra nə mənimlə maraqlanan olub, nə də "sağ ol" deyib vidalaşan. Heç bir şey olmadı. Mən də başa düşdüm ki, klubla hər şeyi bitirməliyəm. Müəyyən vaxtadək gözlədim, artıq gözləyəsi deyiləm. Çünki nə isə bir şey olsaydı, mənə deyərdilər. Mənə zəng edib "Amil, qal, bu maaşa oyna" desəydilər, qəbul edib oynayacaqdım. Bəlkə bunu özləri də yaxşı bilirlər, amma adicə zəng də etməyiblər. Bu isə mənə pis təsir etdi. Axı klubun tarixində ən çox qol vuran futbolçuyam”.

Yunanov onun qarşısında müəyyən şəxslərin əngəl törətmə ehtimalı ilə bağlı bir şey bilmədiyini də vurğulayıb: "Bu dəqiqə elə bir vəziyyətdir ki, nə isə deyə bilmirəm. İnsanın ağlına hər şey gəlir. Heç bir insana həyatımda pislik dəyməyib. Bundan sonra da dəyməyəcək. İnanmıram ki, kimsə mənim qarşımda əngəl törətsin. Yaşadıqca görürsən ki, həyatda hər şey gözləmək olar. Məni tanıyanlar bilir ki, intizamsızlığım və ya kiməsə qarşı hörmətsizliyim yoxdur. Oynamışam, sakit öz işimlə məşğul olmuşam. Hələ də mənə maraqlıdır ki, niyə başqa klublar da maraqlanmır. Bu dəqiqə mənim özümə də qaranlıq qalan məqamlar var. Klubsuz qaldığım müddətdə sakit dayanmamışam. Amma məndə elə bir üz də yoxdur ki, gedim kiməsə minnətçi düşüm. Yalvarası deyiləm ki, məni komandanıza götürün. Yaxın futbol adamları, menecerlər var ki, onlara ərk edib müraciət etmişəm. Futbolsuz qalmaq istəmirəm, 27 yaşım var, mənim futbolsuz qalan yaşım deyil. Futbolçunun ən yaxşı vaxtı 27 – 30 yaşlarıdır. 27 yaşına kimi təcrübə yığılır, sonra hər şeyi ortaya qoyulur. Bu dəqiqə klubsuz və futbolsuzam. Bu, mənim üçün utancvericidir”.

Oyunçu "Karyeranızda hansısa səhv etmisinizmi” sualını belə cavablandırıb: "Karyeramda "Sumqayıt” klubunda olmuşam, sonra isə "Keşlə”yə keçmişəm. Bunu hər zaman demişəm ki, "Keşlə”yə keçməkdə səhv etməmişəm. Amma sonradan "Sumqayıt”a qayıtmaqla həqiqətən səhv etdim. Bu kluba qayıtmazdan əvvəl başqa təkliflərim də var idi. Amma mən azarkeşlərə və bəzi insanlara inanıb "Sumqayıt”ı seçdim. Çox az şansım oldu. Statistikaya baxdıqda bunu görmək olar. Start heyətdə 1 və ya 2 matçım var. Bu isə məni narahat edən məqamdır”.

Hücumçu vaxt getdikcə futbolsuz qaldığı üçün çox narahat olduğunu bildirib: "Çempionat da başlayır, futbolsuz qalmağım məni narahat edir. Bu vaxta qədər gözədim ki, bəlkə bir təklif olar. İndi isə çıxılmaz vəziyyətdir. Futbola 20 ilimi vermişəm. Hələ ki, gözləyirəm və yenə də səbr edirəm. Yerli klublar məni tanıyırlar, indiyə kimi istəsəydilər, müraciət edərdilər. Ola bilər ki, hansınasa son anda lazım olam. Ən azı, futbolsuz qalmamaq üçün xarici ölkəyə də üz tuta bilərəm. Amma adam gedib pis vəziyyətdə olan yerlərdə oynamaq istəmir. Mənim karyeramda bircə mövsüm eniş olub. Həqiqətən mənə çox qaranlıq qalıb ki, niyə heç kim məni istəmir. Futbolçular var ki, 2-3 il eniş yaşayıblar, amma hardasa oynayıblar. "Keşlə”də çıxış etdiyim vaxt komanda sonuncu oldu, amma mən ən çox qol vuranlardan idim. Bunu isə özüm üçün eniş saymıram".

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov məsələ ilə bağlı bunları deyib: "Amil Yunanova böyük hörmətim var. Biz başqa hücumçularla danışıqlar apardıq. Artıq bir transferi yekunlaşdırmışıq. Sırf başqa keyfiyətdə olan hücumçular istəyirik. Biz də büdcəyə uyğun geniş heyət qura bilmirik. Keçən il də ehtiyat oyunçularımız gənclər idi. Bu il də belə olacaq. Hansısa futbolçu haqqında danışmaq istəmirəm. Məşqçilər necə futbolçu istəyirsə, o yöndə transfer edir. Biz daha bir hücumçu transfer edəcəyik. Burada başqa bir məqam yoxdur”.

Amil Yunanov "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. Akademiyanın direktor müavini Nail Kərimov "Report"a açıqlamasında Yunanovu ən intizamlı, səliqəli və çalışqan oyunçulardan biri kimi dəyərləndirib: "Amil gəldiyi gündən özünü yaxşı tərəfdən göstərmişdi və öyrədilənləri tez götürürdü. Başla necə oynamaq və təkbətəkdə necə hərəkət etmək lazımdırsa, bunları məşqçilərimiz izah edəndə ən tez qavrayan oyunçu olub. Hamısını xatırlayıram, gözümün qabağındadır.

Kərimov Yunanovun U-17 Liqasında 40 qol vurduğunu və bunun həmin çempionat üçün yüksək göstərici olduğunu sözlərinə əlavə edib: "Bizim əvəzedici komandada çıxış edib və məhsuldarlığı ilə seçilib. Səhv eləmirəmsə, orda da bombardir olub. Əsas komandaya düşməkdə çətinlik çəkdiyinə görə I Diviziona yollanıb. "Neftçala" klubunda icarə əsasında çıxış edib və müəyyən çətinliklər yaşayıb. Yenidən bizə qayıdıb, növbəti mərhələlərdə üzə çıxmasında çətinliklər olub. Daha əvvəl də belə bir hadisə olub, Amil klub axtarıb və yaxın duran olmayıb. Azərbaycanda yerli hücumçulara komandalarda yer tapmaq çətindir. Hamı legionerlər gətirir, bu səbəbdən, yerlilərin oynaması çətin olur".

"Qəbələ" rəsmisi hücumçunun daha sonra "Sumqayıt"a yollandığını sözlərinə əlavə edib: "Samir Abasov ona əsas heyətdə şans verdi, həmin an parlamışdı. Onu tanıyanlar da bilir ki, məşqdən sonra qalıb işləyən futbolçulardan biridir. Hər zaman öz üzərində işləyir".

Kərimov "Qəbələ"nin forvarda təklif göndərməməsini isə belə əsaslandırıb: "Keçən il Yunanova təklif olmuşdu. Amma o, "Sumqayıt"ı seçmişdi. Bəlkə də səhvi orda etdi, bu gün klubsuz qalıb. Hansısa klub ona dəvət göndərmir. Amma mən məşqçi olsam, güvənəcəyim adamlardan biri olar. "Qəbələ"nin sabiq futbolçuları kifayət qədərdir. Bu gün hansı oyunçu baş məşqçiyə uyğun gəlirsə, ona da şans verir. Dediyim kimi, ötən il Yunanova təklif göndərmişdik, amma başqa komandanı seçdi. Bu il isə həmin mövqe doludur. Ona görə təklif göndərilmədi".
 
Fanat.az
Oxşar xəbərlər

Xəbər lenti

24 Sentyabr 2020
13:07

U-19 millimizin heyətində dəyişiklik

12:21

Azərbaycanlı idmançının beynəlxalq turnirdəki medalı əlindən alınır

11:59

TƏBİB: İdman sahəsində dopinqdən istifadə mütəmadi hal alıb

11:45

Azərbaycan Kubokunun qalibi 39 yaşında futbola qayıtdı

11:24

AGF hakimlərlə qayda pozuntularından danışdı

11:09

Mahir Emrelinin zədəsi ağırlaşdı

10:44

UEFA Super Kuboku: "Bavariya" "Sevilya"ya qarşı

10:21

“Qarabağ”ın 7 illik hegemonluğuna son qoyula bilərmi?

10:08

Avropa Liqası: Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək

09:56

Tətil bitdi, məşqlərə davam

09:38

"Sabah"ın yeni transferi məşqlərə qoşuldu

09:19

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:00

Rozi bu gözəlliyi 14 saat məşqlə qoruyur - FOTOLAR

03:21

"Barselona"nın forvardı "Atletiko"da - RƏSMİ

00:50

Çempionlar Liqası: "Mölde" macarlara 3 qol vursa da...

23 Sentyabr 2020
23:43

"Barsa" 18 yaşlı futbolçusuna 400 milyon qiymət qoydu

22:00

Avropa Liqası: "Lex" pley-offa darmadağınla yüksəldi

21:23

Terim: "Hayduk"a qarşı "Neftçi" ilə oyundakı heyəti..."

21:02

Mövsümün ən yaxşısı kim olacaq? - UEFA açıqladı

20:34

"İnter"ə döndüyüm üçün xoşbəxtəm"

18:21

Premyer Liqa klubundan "Trabzonspor"a transfer

17:07

AFFA stadionlar üçün tender elan etdi

17:05

"Qəbələ" Futbol Akademiyasında yeni baş məşqçi

16:50

Bakıda "Qalatasaray"ı erməni musiqisi ilə qarşılayan kimdir: "Neftçi", yoxsa BOS?

16:28

"Vaxtı gələndə mən də onun kimi ola bilərəm" - Canni de Byazi

15:51

"Sabah" sponsoru ilə müqavilənin müddətini artırdı

15:34

Azərbaycanda federasiya prezidenti istefa verdi - Yerinə psixoloq gətirildi

15:13

Azərbaycanlı futbolçu Ukraynada əməliyyat olundu

14:54

UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı

14:41

“Məndə o qabiliyyət yoxdur” - Kamran Ağayev

14:27

Əliyar Ağayevin oyunu təxirə salına bilər

14:02

"Boluspor"un baş məşqçisi Araz Abdullayevdən danışdı

13:50

"Barselona"nın ulduzu millimizin futbolçusu ilə eyni klubda - RƏSMİ

13:33

"Stemford Bric"də "Qarabağ" qışqıran yeganə ingilis

13:16

Azərbaycandakı yarışlara azarkeşlər nə vaxt buraxılacaq?

13:00

Azad Rəhimov: "Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq"

12:31

"Başakşəhər" və "Dənizlispor"un futbolçuları millimizin toplanışında

12:02

Ulduz futbolçudan boşanan keçmiş voleybolçudan maraqlı etiraflar - FOTOLAR

11:35

Yeni güləş zalı istifadəyə verildi

11:18

Milli komandada yeni baş məşqçi

10:57

Sabiq "Liverpul"lu aşağı liqa klubunda

10:31

Millimizin futbolçusunun klubunda koronavirus aşkarlandı

10:06

Olimpiada ləğv olundu

09:39

Morata "Yuventus"a qayıtdı

09:21

Yamaykalı hücumçu Azərbaycan klubu ilə danışıqlar aparır

00:55

ÇL: PAOK səfərdə, "Makkabi" evdə uduzdu

00:06

Quluzadə inamlı qələbəyə sevindi

22 Sentyabr 2020
23:03

Nağıyev oynadı, komandası...

19:21

"Roma"ya texniki məğlubiyyət verildi

19:11

"Barselona"nın müdafiəçisi "Vilyarreal"da - RƏSMİ

17:56

"Trabzonspor"dan Bundesliqa klubuna 20 milyon avroluq transfer - RƏSMİ

17:55

“Zallar açılmasa, bəzi idmançıları itirə bilərik” - Millət vəkili

17:43

"Qəbələ" türkiyəli mütəxəssislə vidalaşdı

17:26

Premyer Liqada V turun oyun cədvəli açıqlandı

16:53

İspan hücumçunun "Yuventus"dakı qazancı açıqlandı

16:51

İki klub rəsmən Azərbaycan çempionatından imtina etdi

16:43

Millimizə 27 futbolçu dəvət olundu

16:37

AFFA 5 klubu cərimələdi

16:22

Azərbaycanlı uşaqlar üçün Beynəlxalq Şərhçi müsabiqəsi - ŞƏRTLƏR

16:01

Neymar ilin sonuna qədər diskvalifikasiya edilə bilər

15:51

MY "Barsa"ya hücumçusuna görə təklif göndərdi - SON DURUM

15:47

Elnur Məmmədli: "Olimpiya çempionluğu bazarda satılmır ki, alaq"

15:31

Madrid klubunun forvardı "Yuventus"da - FOTO

15:13

"Milli üçün can qoymuşam, çağırılmamaqda səbəb görmürəm"

14:54

Neymarın yapon oyunçuya qarşı irqçilik etdiyi aşkarlandı

14:40

Naxçıvanda C kateqoriyalı məşqçi kursu keçirilir

14:27

Roman Qriqorçuk: "Qarabağ" həqiqətən top-komandadı"

13:52

Rafael Ağayevin döyüşü son 10 ilin ən yaxşıları arasına düşdü - VİDEO

13:38

"Barselona"nın ulduzu rəsmən "İnter"də

13:12

"Mölde" rəsmisi: "Qarabağ"la matçda futbola nifrət etdim"

Facebookdan bizi izləməyi unutmayın.