"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanın daha bir idmançısı qızıl medal qazanıb. Fanat.Az xəbər verir ki, akademik avarçəkmədə 1500 metr məsafəyə yarışda Azər İlyasov (2008-2009) bütün rəqiblərini qabaqlayıb. Bu gün həmçinin 500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü (1:54.51) 1-ci yeri tutub. Nuran Rəhimli - Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb. 1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) isə Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb. Ötən gün isə Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar. Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
"Mingəçevir Reqatası-2026": Azərbaycanın daha bir idmançısından qızıl medal
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Su idman növləri
20:11
02.10.2026
Azərbaycan üzgüçülərindən "İpək Yolu" Dünya Kubokunda yeni rekordlar
Su idman növləri
19:42
01.10.2026
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi
Su idman növləri
11:33
01.10.2026
"Mingəçevir reqatası-2026": Sonuncu günə 1 qızıl, 2 bürünclü start
Su idman növləri
16:25
30.09.2026
"Mingəçevir Reqatası-2026": Azərbaycanın daha bir idmançısından qızıl medal