Minifutbol üzrə Azərbaycan millisi bu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda açılış matçında Belçika ilə qarşılaşıb.
Millimiz görüşdən 3:0 hesabı ilə qalib ayrılıb. Komandanın heyətində Vüsal İsayev dubl edib, son nöqtəni Samir Həmzəyev qoyub.
Qeyd edək ki, Azərbaycan millisinin qrupdakı digər rəqibləri İtaliya və Fransa olacaq. Minifutbolçularımız sabah saat 19.00-da italiyalılarla qarşılaşacaqlar.
Minifutbol üzrə Avropa Çempionatı
2 iyun
Azərbaycan - Belçika 3:0
Qollar: Vüsal İsayev, 25, 35, Samir Həmzəyev, 39.
Sarayevo.