09:58 01.10.2024 434

Orxan Məmmədov millinin üzvləri ilə görüşdü

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Xorvatiyada keçiriləcək dünya çempionatında iştirak edəcək U-23 millisinin üzvləri ilə görüşüb.

Fanat.Az xəbər verir ki, görüşdə çıxış edən qurum rəhbəri gənc komandamızın mundialda iştirakının mühüm olduğunu vurğulayıb.

Azərbaycanda minifutbolun sürətlə inkişaf etdiyini bildirən Orxan Məmmədov komandamızın potensialına inandığını və millinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Federasiya prezidenti futbolçuların ölkəmizə parlaq qələbə ilə dönmələrini arzulayıb. Görüşdə çıxış edən U-23 millisinin baş məşqçisi Rəcəb Fərəczadə göstərilən diqqətə görə federasiya rəhbərinə təşəkkürünü çatdırıb. O, komandanın perspektivli futbolçulardan qurulduğunu və debüt ilində dünya çempionatında uğurlu nəticə göstərmək istədiklərini bildirib. 

23 yaşadək futbolçuların minifutbol üzrə dünya çempionatı oktyabrın 7-dən 10-na qədər Xorvatiyanın Malıy Loşin şəhərində keçiriləcək. 12 komandanın iştirak etdiyi yarışda millimiz B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə birlikdə mübarizə aparacaq. Millinin heyəti ölkə çempionatında fərqlənən gənc futbolçulardan təşkil olunub. Milliyə ən çox futbolçu “Sumqayıt”dan (4) çağırılıb. Gələcəkdə daha iddialı komanda yaratmaq məqsədi ilə yeni mövsümdə hər komandanın heyətində bir nəfər 23 yaşlı futbolçunun olması tələbi qoyulub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

Facebookdan bizi izləməyi unutmayın.
X