Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gəlib.
Matç "Birbaşa Bakı"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb
Qarşılaşmanın 36-cı dəqiqəsində Eşqin Tağıyev, 47-ci dəqiqədə isə Təmkin Xəlilzadə "Zirə"nin qapısına yol tapıb.
Qeyd edək ki, "Birbaşa Bakı" ötən il də Azərbaycan çempionu olmuşdu.