12:26 14.04.2025 132

“Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram olacaq" - Orxan Məmmədov

“Dünya çempionatının Azərbaycana həvalə olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”

Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

Qurum rəhbəri ölkəmizdə minifutbolun hazırkı durumu, inkişafı haqqında danışıb. O, həmçinin may ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqdan bəhs edərək, bu mötəbər yarışın yüksək səviyyədə təşkil olunacağını bildirib. “Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram olacaq. İlk olaraq qeyd edim ki, Azərbaycan Minifutbol Federasiyası bu idman növünün ölkəmizdə inkişaf etməsi və populyarlaşması üçün ciddi işlər görür. Federasiyamız dünya və Avropa minifutbol federasiyalarının aktiv üzvü kimi bir çox tədbir və konfranslarda fəal iştirak edir, təcrübə mübadiləsi aparır. Yarandığı gündən etibarən federasiya milli komandamızın 3 Avropa çempionatı və bir dünya çempionatında iştirakını təmin edib. Bundan başqa, komandamız Avropa çempionu olduqdan sonra, 2022-ci il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyev millimizin üzvlərini qəbul edib. Məhz ölkə rəhbərinin belə diqqətinin nəticəsidir ki, hazırda insanlar minifutbola ciddi maraq göstərirlər. Gündən-günə daha çox insan və hətta peşəkar futbolçu olmayanlar da minifutbola üz tutur.

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edib. Belə böyükmiqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi nüfuzunun ifadəsidir. Bu mundial ölkəmizdə böyük səbirsizliklə gözlənilir. Çünki bu bizim azarkeşlərimiz üçün əsl bayram deməkdir”.

O, Bakıdakı mundialın özünəməxsus iz buraxacağını söyləyib: “Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışı - minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. Əlbəttə, çətinliklərin olması təbii haldır. Olduqca məsuliyyətli vəzifəni öhdəmizə götürmüşüksə, heç bir çətinlikdən çəkinməməliyik. Artıq hazırlıqların son mərhələsindəyik. Bu günə kimi hər şey plan üzrə davam edir. Azarkeşlər nəinki Milli Gimnastika Arenasında keçirilən möhtəşəm açılış mərasiminin və gözəl oyunların şahidi olacaqlar, həm də paralel olaraq, Bakı bulvarında keçiriləcək maraqlı və əyləncəli tədbirlərdə iştirak edə biləcəklər. Əminəm ki, həmin günlərdə hava şəraiti də yaxşı olacaq və azarkeşlərin Bakının gözəl yerləri ilə tanış olmasına şərait yaradacaq. İnanıram ki, Bakıdakı mundial dünya minifutbol tarixində özünəməxsus iz buraxacaq”.

Məmmədov qısa müddətdə belə kütləviliyə nail olmağın sevindirici hal olduğunu vurğulayıb: “Bizim ölkədə böyük futbol qədər, minifutbol da çox sevilir. Bu idman növünə maraq komandamızın Avropa çempionluğundan sonra daha da artıb. İndi bizim federasiyaya məxsus meydançalarımızda uşaqdan-böyüyə hər kəs minifutbol oynayır. Qısa müddətdə inanılmaz kütləviliyə nail olmaq bizi sevindirir. Azarkeşlərimiz isə bizi hər zaman dəstəkləyirlər. Misal üçün, 2023-cü ilin may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi. Həmin yarışda müxtəlif ölkələrdən 10 komanda iştirak etdi. Bakı Tennis Akademiyasında keçirilmiş oyunlarda azarkeşlər millimizə möhtəşəm dəstək göstərdilər. Bu dəstək yığmamızın uğurlarına ciddi təsir etdi. Dünya çempionatında da onların güclü dəstəyini hiss edəcəyimizə əminəm.

Digər ölkələrdən olan azarkeşləri Bakıda görməkdən məmnun olacağıq. Bizim ölkəmiz olduqca qonaqpərvər yerdir. Ən əsası isə gözəl və tam təhlükəsiz ölkədir. Bütün azarkeşləri paytaxtımıza dəvət edirik. Onlar nəinki gözəl oyunların şahidi olacaq, həmçinin Azərbaycanın fərqli mədəniyyəti və insanları ilə tanış olmaq imkanı əldə edəcəklər. İnanıram ki, Bakıdakı dünya çempionatı onların yaddaşında ən unudulmaz mundiallardan biri kimi qalacaq. Komandaların hər birinə isə uğurlar arzulayıram”.

Qeyd edək ki, paytaxtımızda təşkil olunacaq dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında keçiriləcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2025
09:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

ÇL: "Real Madrid" "Arsenal"a, "Bayern Münhen" "İnter"ə qarşı - YENİLƏNİR

01:02

ÇL: "Barselona" da yarımfinala məğlubiyyətlə yüksəldi, PSJ də

15 Aprel 2025
23:30

Fabreqas iki böyük klubun təklifinə "yox" dedi

22:50

Benites "Real"dan Ronalduya görə gedib? - Sualı cavablandırdı

22:18

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazandı

21:43

Azərbaycan millisi AÇ ilə məğlubiyyətlə vidalaşdı

21:10

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürdü

20:47

"O, "Arsenal"da oynasaydı, "Arsenal" bu mövsüm çempion olardı" - Roy Kin

20:22

Azərbaycan qılıncoynadanları dünya birinciliyində nə ilə yadda qaldılar?

19:58

Tedesko Almaniya klubunun təklifini geri çevirdi

19:30

Azərbaycanın 8 boksçusu beynəlxalq turnirdə qızıl medal qazandı

19:13

Aleksis Mak Allister "Real Madrid"də? - Atası suala cavab verdi

18:43

Bu yay "Mançester Yunayted"i tərk edəcək futbolçuların adları bilindi

18:07

"Qarabağ"ın U-15 komandası Türkiyədəki turnirdə bir gündə üç matça çıxacaq

17:44

ABL: Pley-in mərhələsinin 3-cü oyunlarının vaxtı bilindi

17:26

"Biz onlardan çox üstün idik" - Con Terri

17:08

Rəvan Quluzadə mükafatlandırıldı

16:51

AFFA rəsmiləri UEFA-nın seminarında

16:32

Azərbaycan Qran-prisinin ikiqat qalibi DÇ-yə qatıla bilər

16:15

NHL tarixində Oveçkin kimisi olmayıb

15:57

"İnter"in İnzagi ilə bağlı yekun qərarı bəlli oldu

15:38

"Gərək bizə təşəkkür edəsiniz" - Antonio Konte

15:19

Neymar baş məşqçisiz qaldı - RƏSMİ

15:00

Anri Salahı təriflədi

14:43

MPL: XXXI turun təyinatları açıqlandı

14:25

"Futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var" - Aqil Nəbiyev

14:07

Poqba bu beş liqadan birini seçəcək

13:49

İngiltərə nəhəngi Rütteri transfer etməyə yaxındır

13:22

"Turan Tovuz"un yeni azarkeş qrupu yarandı - "The Hunans"

13:04

"Barselona"nın ulduzu karyerası ilə bağlı son qərarını verdi

12:45

"Qalatasaray"ın ulduzu mərc oyunlarına pul qoyub? - Özü açıqladı

12:27

I Liqa klubu Elman Sultanovla uzunmüddətli müqavilə imzaladı

12:08

"Səhvlərimizi aradan qaldıracağıq" - Evren Alkaya

11:51

Mbappenin cəzası bəlli oldu - SON DURUM

11:33

"Barselona"nın baş məşqçisi Levandovskini Kriştianu Ronaldu ilə müqayisə etdi

11:15

Böyük İpək Yolu: Azərbaycanın 11 boksçusu finala yüksəldi

10:57

"Nyukasl"ın baş məşqçisi xəstəxanaya yerləşdirildi

10:38

Amansız mübarizə, bol qollar, geridönüşlər... – Tura baxış

10:20

Azərbaycan millisi qrup lideri ilə qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X