Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub.
Fanat.Az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda həlledici görüşdə təşkilatçı ölkənin təmsilçisi ilə üz-üzə gəlib.
Matçın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq olub – 3:1.
Xatırladaq ki, yığmamız ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib – 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.