"Komandada hər şey qaydasındadır".
Fanat.Az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Bakıda təşkil olunacaq dünya çempionatından öncə keçirilən mətbuat konfransında deyib.
O, komandasının turnirə tam hazır olduğunu bildirib: "Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik. Komandama inanıram”.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan seçməsi Sloveniya, Mavritaniya və Bəhreyn yığmaları ilə üz-üzə gələcək. Turnir mayın 21-dən iyunun 1-dək davam edəcək.