Azərbaycan millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, A qurpunda yer alan Elşad Quliyevin komandası Milli Gimnastika Arenasında təşkil olunan mundialdakı ikinci sınağında Sloveniyanı sınağa çəkib.
Komandamız görüşdən inamlı qalibiyyətlə ayrılıb - 4:0. Millinin heyətində Elvin Əlizadə (10), Mirmehdi Rzayev (11), Xətai Bağırov (25) və Kamran Abdullazadə (40) fərqləniblər.
Beləliklə, minifutbolçularımız qrup liderliyini ələ alıb. Hesabında 4 xal olan və Bəhreyni vurulan qolların daha yaxşı nisbətinə görə qabaqlayan komandamız qrupdakı son matçını 25 mayda Mavritaniyaya qarşı keçirəcək. Oyun 19:30-da başlayacaq.
Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.