Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün daha iki oyun keçirilib.
Fanat.Az xəbər verir ki, F qrupunda yed alan Bosniya və Herseqovina ilə Qazaxıstan yığmaları münasibətlərinə aydınlıq gətiriblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Günün üçüncü qarşılaşmasında isə ABŞ və Polşa yığmaları üz-üzə gəliblər. Bu qarşılaşmada hesab açılmayıb (0:0).
İlk turda Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ı 4:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu gün keçirilən ilk qarşılaşmada İsrail yığması Qananı 4:0 hesabı ilə məğlub edib.