Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin 3-cü turu start götürəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi də növbəti matçına çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Mavritaniya yığması ilə qarşılaşacaq. Bu gün həmçinin Türkiyə millisi də meydana çıxacaq. Qardaş ölkə təmsilçisi İngiltərə yığması ilə üz-üzə gələcək.
Dünya çempionatı
Qrup mərhələsi
25 may
A qrupu
14:00. Bəhreyn – Sloveniya
19:30. Azərbaycan – Mavritaniya
B qrupu
12:45. Özbəkistan – Çad
22:00. Rumıniya – Fransa
C qrupu
16:30. Macarıstan – Ukrayna
18:15. Türkiyə – İngiltərə
D qrupu
15:15. Hindistan – Portuqaliya
20:45. Slovakiya – Bolqarıstan
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.