Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında daha 4 qrupda 8 qarşılaşma baş tutacaq.
Bu qarşılaşmaların ardından 1/8 final mərhələsinin son 4 cütü müəyyənləşəcək.
E qrupundan Çexiya və Gürcüstan milliləri ilk 2 turdan sonra adlarını növbəti mərhələyə yazdırıblar. H qrupunda isə Serbiya yığması son oyununu formallığa çevirib.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk 4 oyununda Azərbaycan Rumıniya ilə, İngiltərə Bolqarıstanla, Portuqaliya Macarıstanla, Fransa Mavritaniya ilə üz-üzə gələcək. Görüşlər mayın 27-də keçiriləcək.
Dünya çempionatı 3-cü tur 26 may
E qrupu 12:45. Kosta Rika - Tailand 22:00. İndoneziya - Monteneqro
F qrupu
16:30. Polşa - Bosniya və Herseqovina
20:45. Qazaxıstan - ABŞ
G qrupu
15:15. Argentina - BƏƏ
18:15. Çexiya - Gürcüstan

H qrupu 14:00. İsrail - İspaniya 19:30. Serbiya - Qana

Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.