Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksələn 4 yığma bəlli olub.
Fanat.Az xəbər verir ki, növbəti mərhələdə mübarizə aparacaq komandaların adlarına mundialın 1/8 final mərhələsinin ilk 4 görüşündən sonra aydınlıq gəlib.
Rumıniyanı oyunsonrası penaltilərlə üstələyən Azərbaycan millisi növbəti raundda İngiltərə, Macarıstan isə Mavritaniya seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 oyunu sabah baş tutacaq.