Minifutbol: Azərbaycan millisi İngiltərəylə qarşılaşır

Minifutbol: Azərbaycan millisi İngiltərəylə qarşılaşır

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final oyunları start götürəcək.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialda Azərbaycan millisi də növbəti sınağına çıxacaq.

Pley-offa qrup lideri kimi çıxan, 1/8-də sonuncu dünya çempionu Rumıniyanı penalti seriyasında mübarizədən kənarlaşdıran Elşad Quliyevin baş məşqçisi yarımfinala vəsiqə uğrunda İngiltərə ilə üz-üzə gələcək. Oyun saat 20:30-da başlayacaq. 

Azərbaycan - İngiltərə matçının qalibi yarımfinalda Monteneqro - Çexiya cütünün güclüsü ilə üz-üzə gələcək.

Bu gün həmçinin, Macarıstan Mavritaniya ilə, Monteneqro Çexiya ilə, Bosniya və Herseqovina Serbiya ilə üz-üzə gələcək. 

Dünya çempionatı 1/4 final 29 may

17:30. Macarıstan - Mavritaniya 19:00. Monteneqro - Çexiya 20:30. İngiltərə - Azərbaycan 22:00. Bosniya və Herseqovina - Serbiya

Qeyd edək ki, yarımfinal qarşılaşmaları mayın 30-da, 3-cü yer uğrunda və final oyunları isə iyunun 1-də olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər