
Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən sayca 12-ci Avropa çempionatında bu gün final oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Bratislavada baş tutacaq həlledici matçda Elşad Quliyevin baş məşqçisi olduğu komanda Ukrayna ilə üz-üzə gələcək.
"Tipos Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Millimiz tarixində ilk dəfə final üzü görən Ukraynaya qalib gəlsə, ikinci dəfə qitə çempionu adını qazanacaq ki, Rumıniyadan sonra (6 dəfə) bu sevinci tyenidən yaşayan ikinci komanda olacaq.
Xatırladaq ki, indiyə qədər 6 ölkə Avropa çempionu adını qazanıb. Rumıniya 6 çempionluq sevinci yaşayan rekordçu ölkədir. Azərbaycan, Çexiya, Qazaxıstan, Rusiya və Serbiya isə hərəyə bir titul qazanıb. Bununla belə, rumınlar 2015-ci ildən bəri çempion ola bilmir. Son üç qitə çempionatında onlar finalda uduzublar. Ən son olaraq, AÇ-2024-də Serbiyaya dramatik penaltilər seriyasında (9-10, əsas vaxtda 1:1) məğlub olublar. 2022-ci ildə isə Slovakiyanın ev sahibliyi etdiyi Avropa şempionatında Rumıniya finalda məhz Azərbaycan millisinə uduzub (0:1).
Seçməmiz cari qitə birinciliyində 1/8 finalda Qazaxıstan yığmasından (3:2), 1/4-də Çexiyadan (5:2),1/2-də isə Serbiyadan (1:1, penaltilərlə - 3:1) güclü olub. Komandamız F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.
AÇ-2026
1/2 final
4 iyun
22.30. Ukrayna - Azərbaycan
Bratislava. "Tipos Arena".