Azərbaycanı EMF Çempionlar Liqasında təmsil edən “Zirə” növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, təmsilçimiz qitə çempionatının ikinci günündə Çexiyanın “Hanspaulka Praqa” kollektivi ilə üz-üzə gəlib. G qrupunda mübarizə aparan Azərbaycan çempionu görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Qolları İsa Atayev və Samir Həmzəyev vurublar. G qrupunda yer alan ölkə çempionu “Zirə” ilk matçını ötən gün Bosniya və Herseqovinanın “Krayina Plan 21” komandasına qarşı keçirib və 1:1 hesablı heç-heçəylə kifayətlənib. "Qartallar" qrupda son oyununu bu gün İspaniyanın “Qrupo Roksu” komandasına qarşı keçirəcək. Matç saat 23:00-da başlayacaq. Qeyd edək ki, Çempionlar Liqasının oyunları İspaniyanın Kambrils şəhərində keçirilir.
ÇL: Azərbaycan çempionu Çexiya təmsilçisinə qalib gəldi
TREND
Tv Afişa
10:50
15.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Tv Afişa
11:28
19.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Azərbaycan futbolu
18:32
15.11.2026
Millinin alın təri ilə qazandığı 1,5 milyon avro barədə bir neçə söz
Oxşar xəbərlər
Futbol
12:06
19.11.2026
Azərbaycanın minifutbol millisi Avropa reytinqində yeri bəlli oldu
Mini futbol
16:08
27.10.2026
Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atıldı
Mini futbol
23:27
16.10.2026
DÇ: Azərbaycan millisi üçüncü yer uğrunda matçda uduzub
Mini futbol
15:46
16.10.2026
DÇ: U-23 finala vəsiqə qazana bilmədi