Bu gün Misli Premyer Liqasında 17-ci turun növbəti oyunu keçirilib. Fanat.Az xəbər verir ki, günün yeganə oyunu Tovuzda baş tutub. "Turan Tovuz" liderin ən yaxın izləyicisi "Zirə"ni qonaq edib. İndiyə qədər evdə bakılılardan xal qazana bilməyən qərb təmsilçisi bu uğursuz seriyaya son qoymağa çalışıb. İndiyə qədər tovuzlularla 5 dəfə qarşılaşıb 4-də qalib gələn "Zirə" isə bütün görüşlərdə rəqib qapısına yol tapmağı bacarmışdı.
Bu oyunda isə Tovuz təmsilçisi minimal hesabla qalib gəlməyi bacarıb. Qeyd edək ki, tura 14 dekabrda Tovuzda start verilib. "Kəpəz" "Sumqayıt"ı büdrədib - 1:1. Dünən isə "Səbail" "Qəbələ"ni 3, "Araz-Naxçıvan" isə "Sabah"ı 2 cavahsız qolla üstələyib. Tura dekabrın 18-də baş tutacaq "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Misli Premyer Liqası 17-ci tur 16 dekabr “Turan Tovuz” – “Zirə” 1:0 Qol: Fərid Nəbiyev, 76. Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Elman Musayev Tovuz şəhər stadionu.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 9. Belajdi Pusi, 79. Martin Petkov Baş məşqçi: Ayxan Abbasov Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 28. Abbas İbrahim Baş məşqçi: Rəşad Sadıqov