MisliPremyer Liqasında XVIII turun oyunlarının təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu gün keçiriləcək “Qəbələ” – “Sabah” görüşünü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
“Zirə” ilə “Qarabağ” arasında baş tutacaq turun mərkəzi qarşılaşması isə Cavid Cəlilova tapşırılıb.
Misli Premyer Liqası XVIII tur 22 dekabr (cümə)
16:00. “Qəbələ” – “Sabah” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: İlham Əliyev. Qəbələ şəhər stadionu
23 dekabr (şənbə)
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Mübarizə Hüseynov. Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Səbail” Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Asif Əliyev. “Kapital Bank Arena”
24 dekabr (bazar)
16:00. “Neftçi” – “Kəpəz” Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Elçin Məmmədov. “Neftçi Arena”
18:30. “Zirə” – “Qarabağ” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Erkin Hüseynov. Zirə İdman Kompleksinin stadionu