Yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədov planetin ən güclü MMA liqasının orta çəkidə parlayan ulduzu, həmyerlisi Şaraputdin Maqomedova (Şara Bullet) bahalı hədiyyələr verib.
Fanat.Az-ın məlumatına görə, idmançılar Dubayda görüşüblər.
Həbiblə fotosunu sosial şəbəkədə paylaşan Şaraputdin təqibçilərinə sual ünvanlayıb:
"Niyə qollarımda iki cüt saat var? Tapın görək kim bağışlayıb".
Rusiya mətbuatında bu saatların hər birinin 10 min dollardan artıq olduğu barədə məlumatlar dərc edilib.
Şara Bullet növbəti döyüşünü fevralın 1-də Maykl Peycə qarşı keçirəcək. Qarşılaşma Ər-Riyadda baş tutacaq.
Nihat