Tanınmış MMA döyüşçüsü ölü tapıldı

Tanınmış MMA döyüşçüsü ölü tapıldı

Yeni Zelandiyadan olan MMA döyüşçüsü Hakarayya Uilson yanvarın 1-də gecə ölü tapılıb.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, 26 yaşlı idmançının cəsədi Yeni Zelandiyanın Qisborn şəhərində aşkarlanıb.

Uilsonun "Rhythm and Vines" musiqi festivalına gəldiyi bildirilir. Ölümün səbəbləri dəqiqləşdirilməsə də, cəsədin üzərində zorakılıq əlamətləri olmayıb. Hakarayya karyerasına 2020-ci ildə başlayıb. Bu müddət ərzində dörd döyüş keçirib və bunların üçündə qələbə qazanıb.

Qeyd edək ki, o, sonuncu dəfə oktaqona 2024-cü ilin oktyabrında "Canggu Fight Night 32" turnirində çıxıb və filippindən olan Mark Alkobaya qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər