ABŞ-nin Las-Veqas şəhərində UFC 317 turniri keçirilib. İliya Topuriya və Çarlz Oliveyranın kəmər uğrunda qarşıdurması gecənin əsas döyüşü olub.
Fanat.Az xəbər verir ki, yüngül çəkidə titul uğrunda döyüş İliya Topuriyanın ilk raundda nokautla erkən qələbəsi ilə başa çatıb.
Beləliklə o, yüngül çəkidə yeni UFC çempionu olub.
Topuriyanın MMA-da 17 qələbəsi var. O bu vaxta qədər məğlub olmayıb. Oliveyra isə 35 qələbə və 11 məğlubiyyətlə yadda qalıb.
Xatırladaq ki, Topuriya əvvəllər qurumun yarım yüngül çəkidə çempionu olub.