Misli Premyer Liqasında 5-ci tur start götürür.
Fanat.Az xəbər verir ki, turun ilk günündə bir matç baş tutacaq.
Açılış oyununda "Neftçi" ilə "İmişli" üz-üzə gələcək. Bölgə təmsilçisi bakılıları Yevlaxda qəbul edəcək. Oyun saat 16:30-da başlayaacaq.
Dörd turdan sonra lider mövqeyində qərarlaşan "Neftçi" səfərdən qalib dönməklə zirvədəki yerini azı bir həftə də qorumağa çalışacaqsa, "İmişli" liderlərdən aralanmamaq istəyindədir. Misli Premyer Liqası 5-ci tur 11 sentyabr
16:30. “İmişli” – “Neftçi” Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev. VAR: Emin Əliyev. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Ömər Paşayev . AFFA nümayəndəsi: Nəriman Axundov. Yevlax şəhər stadionu.
