MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Neftçi"nin "Araz-Naxçıvan" sınağı

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Neftçi"nin "Araz-Naxçıvan" sınağı

Misli Premyer Liqasında 2-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün turda daha iki oyun keçiriləcək.

"Turan Tovuz" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. "Araz-Naxçıvan" isə səfərdə "Neftçi"nin qonağı olacaq.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Şəfa" səfərdə "Qəbələ"ni 1:0, "Zirə" isə evdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib. 

Turun "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" oyunları təxirə salınıb.

Misli Premyer Liqasə 2-ci tur 23 avqust 

“Turan Tovuz” – “Şamaxı” Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı VAR: Vüqar Həsənli  AVAR: Zeynal Zeynalov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Eldəniz Musayev Tovuz şəhər stadionu, 18:30

“Neftçi” – “Araz-Naxçıvan” Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev VAR: Tural Qurbanov  AVAR: Asiman Əzizli Hakim-inspektor: Ömər Paşayev  AFFA nümayəndəsi: Emin Cəfərov  “Palms Sports Arena” 20:45  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər