MPL: "Turan Tovuz" "Sumqayıt"ı, "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edir

MPL: "Turan Tovuz" "Sumqayıt"ı, "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edir

Bu gün Misli Premyer Liqasında 4-cü tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son gündə 2 qarşılaşma reallaşacaq.

“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.

Turun son oyunu isə “Qarabağ”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Bu matçda ədaləti Cavid Cəlilovun rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq.

Daha öncə “Kəpəz” “Şamaxı”ya (1:4) uduzub, “Qəbələ” “İmişli”yə (2:1), “Sabah” “Zirə”yə (5:0), “Neftçi” “Şəfa”ya (4:1) qalib gəlib.

Misli Premyer Liqası 4-cü tur 6 sentyabr

“Turan Tovuz” – “Sumqayıt” Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev. VAR: Kamal Umudlu. AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Orxan Məmmədov. Tovuz şəhər stadionu, 18:00.

“Qarabağ” – “Araz-Naxçıvan” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev. VAR: Elçin Məsiyev. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Munis Abdullayev. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:15.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər