"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi

"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
1-ci Liqa təmsilçisi "Gəncəbasar" çempionatın 4-cü turunda "Baku Sportinq"i qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq matç ərəfəsində Gəncə komandasının baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb autsayderlə matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hazırlıq prosesi istədiyimiz kimi alındı. "Baku Sportinq"lə oyunun asan alınmayacağını bilirik. Çox çətin matça çıxacağıq. Rəqibin oyunçularını da tanıyıram. Bir neçəsi daha öncə işlədiyim komandalarda futbolçum olub. Turnir cədvəlində sonuncu pillədə qərarlaşsalar da, çox yaxşı kollektivlə üz-üzə gələcəyimizin fərqindəyik. Yevlaxda keçiriləcək matça səylə hazırlaşırıq. Növbəti qələbimizi qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Gəncəbasar" ilk 3 turda maksimum nəticə qazanıb və turnir cədvəlinin iki liderindən biridir. Buzovna təmsilçisi isə bu mövsüm 1-ci Liqada çıxdığı hər 3 görüşdə məğlub olub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər