Azərbaycan para-üzgüçüsü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında ikinci medalını qazanıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı idmançı 100 metrə məsafəyə batterflay üsulu ilə üzmədə 58.41 saniyə nəticə göstərərək mundialın gümüş mükafatına sahib çıxıb.
Paralimpiyaçı dünən arxasıüstə üzmədə də fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qeyd edək ki, R.Saley Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının 3 qat qalibidir.