23:05 08.09.2022 354

Paralimpiyaçıların qarşısına qoyulan hədəflər açıqlandı

Milli Paralimpiya Komitəsində (MPK) İtaliyanın Kalyari şəhərindəki paracüdo üzrə Avropa çempionatında iştirak etmiş milli komanda üzvləri ilə görüş keçirilib.

MPK-dan Fanat.Az-a verilən məlumat görə, tədbirdə qurumun prezidenti İlqar Rəhimov yarışın komanda üçün uğurlu olduğunu bildirib və yüksək nailiyyətlər qazanmış idmançıları təbrik edib.

Növbəti Yay Paralimpiya Oyunlarına cəmi 2 il vaxt qaldığını vurğulayan Komitə prezidenti qeyd edib ki, Azərbaycan paracüdoçuları Tokioda medal sayı və əyarına görə birinci olub. Onun sözlərinə görə, əsas məqsəd qarşıdan gələn yarışlara səmərəli hazırlaşaraq orada da parlaq qələbələr əldə edib, Paris-2024 Yay Paralimpiya Oyunlarında Tokiodakı nəticəni təkrarlamaqdır.

Eyni zamanda İ.Rəhimov bu ilin noyabrında Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının idmançılar üçün böyük sınaq olduğunu, doğma divarlar arasında yüksək nəticələr əldə ediləcəyinə əminliyini bildirib.

Sonda Tokio paralimpiadasının qalibi olan paracüdoçulara Təşkilat Komitəsinin hədiyyə etdiyi "backnumber"lər təqdim olunub.

Qeyd edək ki, görüşdə MPK-nın vitse-prezidenti İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Komitənin icraçı direktoru Eldar Babayev, "2022 IBSA Judo World Championships" Dünya Çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov, Komitənin icraçı direktorunun müavini-idman şöbəsinin müdiri Rauf Mürsəlov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Ramin İbrahimov və Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalib paracüdoçuları iştirak ediblər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

09:00

MPL: "Sabah" "Şamaxı"ya qarşı - YENİLƏNİR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

22:50

Konte liderliyə yüksəltdiyi "Napol"ini bu kluba dəyişə bilər - SƏBƏB

22:13

Hələ ÇL-də Dembele kimisi olmamışdı - Tarixi rekord

21:48

Yüksək Liqa: "Araz-Naxçıvan" autsayderə rəhm etmədi

21:15

ÇL-də həftənin rəmzi komandası bilindi - "Arsenal"dan heç kim yoxdur

20:42

Birinci Liqa: "Qəbələ"dən inamlı, "Difai"dən əzmkar qələbə

20:07

Valverde geridönüşə inanır: "Biz finalın biraddımlığındayıq"

19:43

Azərbaycanın veteran ağırlıqqaldıranları 2 qızıl, 2 gümüş medal qazandılar

19:20

"Onlara Avropa Liqasının qalibi olaraq təşəkkür etmək istəyirik, amma..." - Ruben Amorim

18:51

22 yaşlı hücumçu İngiltərə nəhənginə keçməyə yaxındır - Təklif göndərildi

18:06

"Xankəndi" yarımfinala darmadağınla yüksəldi

17:44

"PSJ neytral azarkeşlərin də könlünü fəth edib" - Ouen Harqrivz

17:28

AFFA-nın vitse-prezidenti 1-ci Liqanın oyununda - FOTO

17:19

AFFA-nın Lisenziya Komissiyası 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verdi

17:01

AFFA "Qəbələ", "İmişli" və "Karvan"ın Premyer Liqada iştirakına rəsmən icazə verdi

16:43

"Cavid İmamverdiyevlə rəqabətdə olmaq çox xoşdur" - 2-ci Liqanın "Şəmkir"li bombardiri

16:27

Azərbaycan çempionatının bürünc medalçısı 6 oyunçusu ilə vidalaşdı

16:09

Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarıldı

15:52

1/4 finalın cavab oyunlarının nəticələri bilindi

15:35

"Qızıl top"a namizədlərin siyahısında dəyikiklik oldu - PSJ-nin 2 oyunçusu...

15:16

"Arsenal"ın yarımfinal kabusu davam edir

14:58

Avropa Kubokunda 19 cüdoçumuz içtirak edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X