Tokio-2020-nin ləğvini dəstəkləyən petisiya 450 mindən çox imza toplayıb.
Fanat.az xəbər verir ki, onlayn platforma üzərindən həyata keçirilən petisiya bu ilin mayında yaponiyalı hüquqşünas və siyasətçi Kenci Utsunomiyanın təşəbbüsü ilə başladılıb.
Mətbuat nümayəndələri qarşısına çıxan Utsunomiya, petisiyanı Tokio meriyasına təqdim etdiyini açıqlayıb. O, hökumətin avqustun 22-dək ölkədə fövqəladə vəziyyət elan etdiyini xatırladaraq, bu şərtlər altında Olimpiadanın keçirilməsinin məntiqsiz qərar olduğunu qeyd edib.
Yaponiya Vəkillər Assosiasiyasının sabiq rəhbəri vurğulayıb ki, yarışlar müddətində koronavirus infeksiyasının yayılma sürəti daha da artacağı təqdirdə, səhiyyə mərkəzləri bu yükü qaldıra bilməyəcək.
Sahib Əsədbəyli