Tokio 2020-nin üzgüçülük yarışlarına start verilib.
Fanat.Az xəbər verir ki, Olimpiadadakı hər iki təmsilçimiz - Maksim Şemberev (kişilər, 400 metr məsafəyə qarışıq üsulla üzmə) və Məryəm Şeyxəlizadəxangah (qadınlar, 100 metr batterflay) bir gündə mübarizəyə qoşulub.
Şemberev 4 dəqiqə 19.40 saniyə göstərici ilə təsnifat qrupunda 8-ci nəticə göstərib.
Ümumilikdə ukraynalı legioner 29 iştirakçı arasında 26-cı olub.
Məryəm Şeyxəlizadəxangah isə 1 dəqiqə 1.37 saniyə ilə qrupunda birinci nəticə göstərsə də, bu, ona 33 iştirakçı arasında 30-cu olmağa yetib.
Beləliklə, hər iki təmsilçimiz Olimpiya Oyunlarında mübarizəni başa vurub.
Sahib Əsədbəyli