Tokio 2020-də daha 18 dəst medal sahibini tapıb.
Fanat.Az xəbər verir ki, hesabına daha 7 mükafat əlavə edən Çin komandası 6 qızıl, 1 gümüş, 4 bürünc medalla liderliyini davam etdirir.
Yaponiya 5 "qızıl", 1 "gümüş"lə ikincidir.
Oyunların ilk gününü medasız başa vuran ABŞ isə aktivinə 4 qızıl, 2 gümüş, 4 bürünc medal yazaraq üçüncü pilləyə yüksəlib.
Ümumilikdə 40 ölkənin təmsilçiləri fərqlənib. Baş mükafat 16 ölkənin hesabında var.
Qeyd edək ki, iki günün yekununda Azərbaycanın medalı yoxdur. Bu gün ərzində bir olimpiyaçının "qənimət" hesabımızı açmaq imkanı olsa da, cüdo yarışlarındakı təmsilçimiz Orxan Səfərov (66 kq) ilk mərhələdə uduzaraq mübarizəni dayandırıb.
Sahib Əsədbəyli