14:44 13.04.2021 693

Prezident AVRO-2020 ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Fanat.Az xəbər verir ki, sərəncamla müəyyən edilib ki, 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun ─ üç qrup və bir 1/4 oyununun (bundan sonra ─ oyunlar) Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyulun 5-dək Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər.

Oyunların təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

- Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.

Həmçinin nazirlik oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuş həyata keçirən aviasiya şirkətlərinə oyunlarla əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2021
02:00

APL: "Neftçi" Sumqayıtda, "Qarabağ" "Keşlə"ni qəbul edir - YENİLƏNİR

01:57

La Liqa: "Real" ikinci pilləyə darmadağınla qalxdı

01:51

A Seriyası: Autsayder evdə sevindi

01:46

Fransa Kubokunun finalçıları bilindi

01:15

Almaniya Kubokunun finalında darmadağın

01:02

İPL: "Liverpul" "Mançester Yunayted"i "əzişdirdi"

00:02

"Qarabağ" və "Neftçi"nin oyunlarına bütün təyinatlar açıqlandı

13 May 2021
22:40

"Dinamo" "Şaxtyor"u "qızıl dubl"la haqladı

20:53

Marselo Zidanın qəzəbinə tuş gəldi

20:40

"Zirə" bombardirinə yeni müqavilə təklif etməyib - GEDİR?

17:23

Azərbaycanlı hakimlər beynəlxalq təyinat aldı

16:56

MY-nin sabiq kapitanı futbolçu karyerasını bitirdi

15:29

ÇL-in finalının yeni məkanı açıqlandı – RƏSMİ

14:30

“Sumqayıt” Lixtenşteyndən iki türk futbolçu gətirir

13:59

Moldova çempionu müəyyənləşdi

13:24

Azərbaycan millisinin rəqibi Yaponiya və Yamayka ilə qarşılaşacaq

12:50

Orxan Qurbanlının komandası doğma meydanda uduzdu

12:25

"Mançester Yunayted"in futbolçusu üçün mövsüm bitdi

11:59

"Barselona"nın yeni baş məşqçisi kim olacaq? - 3 namizəd

11:37

2023-cü ildə Çempionlar Liqasının finalı İstanbulda olacaq

11:16

Anatoli Banişevski Avropa çempionatlarının rekordçuları sırasında - SİYAHI

10:27

Qətər klubu Xavi ilə müqaviləni yenilədi

09:55

"Neftçi"nin oyununun yeri dəyişdirildi

09:38

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

12 May 2021
23:31

Azərbaycan badmintonçusu Olimpiadaya lisenziya qazandı

23:24

Almaniya Bundesliqası: "Herta"dan qələbə

21:37

Qvardiola çempionluğa belə şərh verdi

19:06

"Neftçi"nin qapıçısı yeni mövsümə harda başlayacaq? - SON DURUM

18:56

Makqreqorun, Messinin və Ronaldunun qazancı açıqlandı - BİRİNCİ KİMDİR?

18:04

“Şaxtyor” baş məşqçisini istefaya göndərdi

17:47

AVRO-2020 Azərbaycan və Türkiyə Qran-prilərinin yerdəyişməsinə mane oldu

16:51

Səlahət Ağayev "Neftçi"dən gedir? - Klubdan açıqlama

16:07

İlqar Rəhimov para-taekvondoçuları qəbul etdi

15:29

Çempionlar Liqasının finalı Portuqaliyada keçiriləcək

14:57

Bakıda tamaşaçısız yarış keçiriləcək

14:34

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm"

14:03

FIFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcək

13:40

"Formaya düşmək çox çətin olur" - Azərbaycanlı basketbolçu

13:02

Ayaz Quliyev sabiq klubuna qayıdır

12:39

Diletta xəyanət ittihamlarına aydınlıq gətirdi, Can Yaman isə... - FOTOLAR

12:13

Günün oyunları bu kanallarda - AFİŞA

11:35

Buffon "Barselona"da?

11:08

Kubokun finalı azarkeşsiz keçiriləcək

10:47

Azərbaycanlı hakim Tokio olimpiadasına dəvət aldı

10:19

19 il sonra gələn çempionluq

10:00

Səfir Bakıda Türkiyə yığması ilə görüşdü

00:23

Türkiyə Superliqası: "Qartal"la "bülbül" əzildi, "aslan" taxta şərik çıxdı

00:03

MS sona 3 tur qalmış çempion oldu

11 May 2021
21:12

Bəybalayev oynadı, komandasına divan tutdular

18:39

I Divizion: Gümüş və bürünc medalçıları bilindi

18:20

"Neftçi" və "Qarabağ" məğlub oldu

16:18

AMADA gender bərabərliyi ilə bağlı beynəlxalq layihəyə başladı

15:36

Zlatan İbrahimoviç sıradan çıxdı

15:18

AVRO-2020: Rusiya millisinin geniş heyəti açıqlandı

14:43

Millimiz Gürcüstanı yenə məğlub etdi

13:51

İnyestanın ad gününə "müqavilə" hədiyyəsi - FOTOLAR

13:04

Para-atletlərimiz İsveçrəyə yollandı

12:40

"13 ay məşqsiz qalmaq çox çətindir" - Millimizin kapitanı

12:14

Təmkin Xəlilzadədən “Neftçi” açıqlaması

11:36

Ronaldu 1.6 milyon avro dəyəri olan avtomobil alır

10:23

Premyer Liqanı tərk edəcək sonuncu klub bəlli oldu

10:04

Super Liqa klubunda yeni müqavilə

09:38

Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək

10 May 2021
22:52

Kamran "Spartak"a qarşı oynadımı?

21:21

Cüdoçularımız beynəlxalq hazırlıqda

20:58

"Yuventus" rəsmisi Ronaldu və Pirlonun taleyinə aydınlıq gətirdi

20:57

Millimizin üzvləri Tbilisidə ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib - FOTOLAR

20:34

Kavaninin oynayacağı klub müəyyənləşdi - RƏSMİ

19:09

Kubokun finalına azarkeşlərin baxmasına icazə verildi - RƏSMİ

17:44

“Dinamo”nun çempionluğu rəsmiləşdi

Facebookdan bizi izləməyi unutmayın.