10:39 31.05.2021 274

Prezidentdən strateji mesaj: avrokubok oyunları Ağdamda

Dövlətimizin başçısının hər addımı, hər açıqlaması strateji mesaj, istiqamət göstəricisidi. Zamanlama, planlama o qədər dəqiq aparılır ki, bizə yalnız alqışlamaq, yaxşı mənada təəccüblənmək qalır. Mayın 28-də Ağdamın baş planının təqdim olunduğu tədbir də bu sıradandı.

Cənab İlham Əliyev böyük futbol azarkeşi olduğunu hər zaman nümayiş etdirib. O, tək azarkeş deyil, Azərbaycanda idmanın inkişafının, yayılmasının əsas motivatoru, dəstəkləycisi, ən böyük diqqət ayıranı, qayğı göstərənidir. Əksər strateji layihələrdə olduğu kimi idman da layiqli dəstəyini alıb, strateji planı qurulub, qalıb göstərilən dəstəyin nəticəsini almaq.

"Qarabağ”ın son mövsümdə çempionluq seriyasının qırılması ilə azarkeşlər arasında qəribə fikir formalaşdı. Aparılan sorğular, ekspert müşahidələri və açıqlamalardan belə anlaşılır ki, əksər futbol azarkeşləri "Qarabağ”ın Avropa məcaralarının bir layihə olduğunu, avrokuboklarda uğurlu çıxışın məlum səbəblərlə bağlılığının mövcudluğunu düşünür və torpaqlar azad olunandan sonra kluba əvvəlki diqqət göstərilməyəcək. Əslində belə deyil. Son günlərin müşahidələri və analizləri göstərir ki, "Qarabağ” üçün inkişafda yeni mərhələ başlayır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında inanılmaz iş görən klub indi növbəti missiyaya köklənir.

Belə aydın olur ki, düşmən əsarətindən xilas edilən ərazilərdə gülüstan yaratmaq, qısa müddətdə hansı inkişafa nail olunduğunu sübut etmək üçün "Qarabağ”ın da öz rolu olacaq. Cənab prezidentin Ağdam səfəri zamanı 30 min yerlik yeni stadionun anonsunu verməsi təsadüfi deyildi. Bakıdan kənarda ilk dəfə belə nəhəng arenanın inşası həm də strateji mesajdı. Deməli, bu şəhəri təmsil edən komanda uğuruna davam etməli və avrokubokların qrup oyunlarını Ağdamda oynamalıdı. 30 min təsadüfi rəqəm deyil, qrup oyunlarını qəbul etməyə yararlı müasir stadion məhz belə olmalıdı. Cənab Prezidentin bu tapşırığı əslində illərdi "Qarabağ”ın zirvədə qalması, brendə çevrilməsi üçün əlindən gələni əsirgəməyən klubun rəhbərliyinə, sponsorlarına da ciddi mesajdı. Və onlar uğurlu "Qarabağ” məcaralarını davam etdirməyə hazır olmalıdılar.

Son günlər yayılan xəbərlərə görə, ağdamlılar nəinki əldə olunanla kifayətlənib, ortabab komanda kimi fəaliyyətini davam etdirəcək, əksinə, daha böyük hədəflərə doğru ciddi və real addımlar atacaq. Deməli, Prezidentin çağırışı, Ağdamın tikiləcək 30 minlik yeni stadionunda Avropa kuboklarının qrup oyunlarını keçirmək klubun yaxın hədəfləri, üzərinə götürdüyü ilkin əsas tapşırıqlarıdır. Bəli, bəllidir ki, böyük və möhtəşəm idman arenası az müddətdə başa gələn deyil. Demək, müasir və Qarabağ torpağında ərsəyə gələcək möhtəşəm arena tikilib istifadəyə verilənə kimi "Qarabağ” könülləri fəth edən uğurlarını davam etdirməli, zirvə(lər)də qalmalı, bizi öyrəşdirdiyi uğurlarını davam etdirməlidir.

Eyni zamanda "Qarabağ” rəhbərliyi Ağdamın yenidən qurulmasında da iştirak etməlidi. 30 minlik arenada bu komanda futbol oynayacaqsa, deməli, indidən klub üçün baza, uşaq futbol akademiyası və s. inşa edilməlidi.

Cənab prezident istiqamətləri müəyyən edir, hədəf müəyyənləşdirir, lazımi qayğını göstərir. Arzuları reallaşdırmaq üçün klubla yanaşı, AFFA da əlini daşın altına qoymalıdı. Qurum rəhbərliyinin gedib köhnə "İmarət”də top çiləməsi dünyadan xəbərsiz olmalarının göstəricisidi, onlar böyük hədəflərə uyğun insanlar deyil. Dünənlə yaşayan bu şəxslərdən fərqli olaraq, cənab prezident daha möhtəşəm sabahın planlarını cızır. Və Ağdamın baş planının təqdimat mərasimində xüsusi vurğuladı ki, stadionun adı "İmarət” olacaqsa da, əvvəlki yerdə yox, daha geniş ərazidə tikiləcək.

Lənkəranda, İmişlidə, Yevlaxda və digər bölgələrimizdə tikilən müasir stadionları boş qoyan, bölgələrdə futbolun kökünü kəsən bu insanların yox, prezidentin strategiyasını dəstəkləmək lazımdı. Dilbər guşələrimizə AFFA-nın elan etdiyi süni örtüklü meydanlar, Region Liqasında çıxış edəcək komandalar yox, mənfur qonşuya göz dağı olacaq, qitə nəhənglərini azad edildikdən sonra cənnətə çevrilən torpaqlara gətirən komandalar lazımdı.

Bu gün bölgə klublarımız əcnəbi oyunçuların heyətə cəlb edilməsində çətinlik çəkir. Legionerlər bir sıra məişət problemləri üzündən əsasən paytaxt klublarını seçir. Amma Ağdam elə qurulacaq ki, orada yaşamaq, futbol oynamaq çoxlarının arzusu, xəyalı olacaq. Prezidentin dediyi kimi: "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Vüsal Mahmudov
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2021
01:03

"Chessable Masters": "Şah" 1/4 finalda

00:01

Tokio 2020: 2 "bürünc", 2 final şansı

02 Avqust 2021
23:48

Rusiya Premyer Liqasının oyunu ilana görə dayandırıldı - FOTO

23:34

Kyellini "Yuventus"da qaldı - RƏSMİ

23:05

İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi

22:49

"Qarabağ"a qarşı iki möhtəşəm oyun keçirməyi hədəfləmişik" - Euller Silva

22:22

Valeri Karpin "Rostov"la vidalaşdı

22:01

Millimizin üzvü Polşada ikinci yenilgisini aldı

21:54

"İbrahimoviçlə effektli tandem təşkil edə bilərik"

21:33

Tokio 2020: 39 yaşlı əfsanədən rekord nəticə

21:30

Kyellini yeni müqaviləyə imza atacaq

21:13

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:09

Toni Koskela: "Bizə çətin olacaq"

21:01

"Qarabağ"ın yeni futbolçusu sabiq klubuyla belə vidalaşdı

20:37

"Zenit"in yetirməsi "Sabah"da - RƏSMİ

19:38

Mehman Allahverdiyev: "Düşünürəm ki, haqq-ədalət axır yerini tapar"

18:38

Emin Mahmudov: "HİK fiziki cəhətdən güclü komandadır"

18:34

Samir Abasov: "HİK-in indiki durumu bizim üçün daha təhlükəlidir"

17:43

Tokio 2020: Kanada və İsveç finalda

16:55

“Daha 2 legioner transfer etmək istəyirik” - Aftandil Hacıyev

16:42

"Roma"nın planları suya düşdü: Caka "Arsenal"da qalır

16:29

Premyer Liqa klubunun futbolçusundan boykot

16:13

Konfrans Liqası: "Qarabağ" və "Neftçi"nin potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

15:45

Həmyerlimiz “Spartak” – "Benfika” oyununda

15:25

Tokio 2020: Rafiq və Elis üçün "bürünc" şansı - YENİLƏNİB

15:13

Avropa Liqası: “Neftçi”nin potensial rəqibi "Fənərbağça" oldu

15:11

Cüdo millimizin baş məşqçisi dəyişdi

15:10

Çempionlar Liqası: Pley-off mərhələsinin püşkü atıldı

15:00

Beynəlxalq dərəcəli hakim: "Boksçularımıza qarşı haqsızlıq yox idi"

14:48

"Sabah"ın futbolçusu Türkiyə klubunda - FOTO

14:37

"Qəbələ" sabiq legionerini geri qaytardı

14:04

"Səbail" üçün yeni tərəfdaş şirkət

13:45

Stadionlarımız yeni mövsümə hazırdır? - "Sumqayıt"dan açıqlama

13:30

Tarixə düşən Mete: "Bu, ideal olmaq üçün heç nədir"

13:26

Lənkəran klubu Yüksək Liqada - Qərar verildi

13:19

AFFA-nın xanım rəsmisi Konfrans Liqasına təyinat aldı

13:09

Stuxlik qayıtdı

13:00

"Mançester Siti" seçim qarşısında: Keyn, yoxsa Qriliş?

12:49

Kristian Eriksenin nə zaman meydana çıxa biləcəyi məlum olub

12:36

Millimizin üzvü Polşada oyuna çıxır

12:02

ABŞ qitə çempionu oldu

11:52

Stuxlikə yeni təyinat

11:45

Ulduzlar sosial şəbəkələrdə - FOTOLAR

11:30

Tokio 2020: Bir "qızıl"ın iki sahibi

11:08

Tarixdə bu gün: İlk olimpiya çempionumuzun doğum günüdür

10:57

Tokio 2020: İslam Abbasovun ilk rəqibi məlum oldu

10:45

Futbolçumuzun Türkiyə klubuna keçidində menecer oyunu - 100 min avroluq qalmaqal

10:37

Tahir Süleymanov: "Komandalarımıza psixoloji dayaq olmaq zamanıdır"

10:06

"Qarabağ"ın yeni transferi kimdir? - DOSYE

10:00

Günün transfer xəbərləri: Arnautoviç İtaliyada

09:20

"Chessable Masters": Şəhriyar Məmmədyarov Aronyana qarşı

09:04

İspan hücumçü "Qarabağ"da - Bu gün gəldi

08:25

Tokio 2020: Atıcımız 21-ci oldu

08:15

Kris Smollinq yenə soyğunçulara hədəf oldu

08:00

Mikel Arteta Cakayla bağlı qərarını açıqladı

00:05

Tokio 2020: "Ağır artilleriya"mız mübarizəyə qoşulur

00:01

"Lill" Fransa Superkubokunu Burakın ötürməsiylə qazandı

01 Avqust 2021
23:57

"Chessable Masters": Şəhriyar Məmmədyarovdan 3 qələbə

20:47

"Səbail" məğlub dönür

19:20

"Milan" hücumçusunu icarəyə verdi

19:07

Tokio 2020: Azərbaycan 70-ci yerdə, ABŞ Yaponiyanı qabaqladı

19:00

Şevçenkonun Ukrayna millisindən ayrılmasının səbəbi bilindi

18:08

Klubu Belottini Rusiya təmsilçisinə satır - SON DURUM

17:36

"Yuventus" "yeni Ronaldu"nun keçidini razılaşdırdı

17:26

Tokio 2020: "Bürünc" qazanan cüdoçumuz Bakıya qayıtdı

16:48

Ançelotti 5 futbolçunu toxunulmaz elan etdi - SİYAHI

16:29

"Kəpəz" sabiq oyunçusunu geri qaytardı

16:09

Şevçenko Ukrayna millisindən getdi

16:01

Bəhlul Mustafazadə "Sabah"la vidalaşdı

15:35

Tokio 2020: "Qızıl" alman tennisçinin oldu

Facebookdan bizi izləməyi unutmayın.