Fransanın PSJ klubu yeni transferlər həyata keçirmək üçün heyətində bəzi ixtisarlar aparmalı olacaq.
Fanat.Az xəbər verur ki, Paris təmsilçisi iki argentinalı ulduz futbolçu ilə güclənməyi planlaşdırır.
Rəhbərlik "Barselona”nın kapitanı Lionel Messi və "Mançester Siti”nin hücumçusu Serxio Aqueronun keçidində israrlıdı. Ancaq onların gəlişinə zəmin formalaşdırmaq üçün aparıcı hücumçu Kilian Mbappenin satılması planlaşdırılır. Fransızlar bununla həm qazanc götürmək, həm də maaş büdcəsini azaltmaq istəyir.
Mbappedən başqa Neymar da çox məvacib aldığı üçün PSJ-dən ayrıla bilər.
Qeyd edək ki, Kilian Mbappenin mövsümün sonunda "Real”a keçidi istisna edilmir.