12:00 20.01.2019 657

Qanlı Yanvardan 29 il ötür

Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən ildönümüdür.

Qanlı Yanvar hadisələrindən 29 il ötür.

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası yaranmışdı, radio və televiziyanın enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Məqsəd xalqı bu dəhşətli faciədən xəbərsiz qoymaq idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edib, xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayılıb. Heç yerdən köməyi olmayan xalqın qəlbində inam və ümid işığı yanıb.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atılıb. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülüb.

Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.

1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.
Oxşar xəbərlər

Xəbər lenti

22 Sentyabr 2020
19:11

"Barselona"nın müdafiəçisi "Vilyarreal"da - RƏSMİ

17:56

"Trabzonspor"dan Bundesliqa klubuna 20 milyon avroluq transfer - RƏSMİ

17:55

“Zallar açılmasa, bəzi idmançıları itirə bilərik” - Millət vəkili

17:43

"Qəbələ" türkiyəli mütəxəssislə vidalaşdı

17:26

Premyer Liqada V turun oyun cədvəli açıqlandı

16:53

İspan hücumçunun "Yuventus"dakı qazancı açıqlandı

16:51

İki klub rəsmən Azərbaycan çempionatından imtina etdi

16:43

Millimizə 27 futbolçu dəvət olundu

16:37

AFFA 5 klubu cərimələdi

16:22

Azərbaycanlı uşaqlar üçün Beynəlxalq Şərhçi müsabiqəsi - ŞƏRTLƏR

16:01

Neymar ilin sonuna qədər diskvalifikasiya edilə bilər

15:51

MY "Barsa"ya hücumçusuna görə təklif göndərdi - SON DURUM

15:47

Elnur Məmmədli: "Olimpiya çempionluğu bazarda satılmır ki, alaq"

15:31

Madrid klubunun forvardı "Yuventus"da - FOTO

15:13

"Milli üçün can qoymuşam, çağırılmamaqda səbəb görmürəm"

14:54

Neymarın yapon oyunçuya qarşı irqçilik etdiyi aşkarlandı

14:40

Naxçıvanda C kateqoriyalı məşqçi kursu keçirilir

14:27

Roman Qriqorçuk: "Qarabağ" həqiqətən top-komandadı"

13:52

Rafael Ağayevin döyüşü son 10 ilin ən yaxşıları arasına düşdü - VİDEO

13:38

"Barselona"nın ulduzu rəsmən "İnter"də

13:12

"Molde" rəsmisi: "Qarabağ"la matçda futbola nifrət etdim"

12:57

Bakıda keçiriləcək dünya kuboklarının tarixi müəyyənləşdi

12:46

"Qalatasaray"la oyuna görə paylaşım etdi, ölkəni qarışdırdı - FOTOLAR

11:50

"Qarabağ"ın potensial rəqibi baş məşqçisini dəyişdi

11:30

"Tofiq Bəhramov" stadionu oyunlara hazırdı - FOTO

11:03

"Canavar" ləqəbli qadın idmançıdan inanılmaz uğur - FOTOLAR

10:45

Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir

10:29

Çempionlar Liqasında pley-off mərhələsi başlayır - YENİLƏNİR

10:04

Futbol tarixində ilk: Stadiona alpaka girdi - VİDEO

09:47

Futbol hakimi qətlə yetirildi

09:24

Sərgən Yalçın koronavirusa qalib gəldi

09:00

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21 Sentyabr 2020
22:55

Araz Abdullayev Türkiyə çempionatında debüt etdi

20:48

Ronaldudan yeni rekord

20:15

Xorvat ulduz milli karyerasını bitirdi

19:30

"Keşlə" 3 hücumçu arasında seçim edir

18:50

Arvadının 8 il həbsini tələb edir

18:36

"Sabah"ın futbolçuları qol vurduqları üçün xoşbəxtdirlər

17:35

"Keşlə"də qalmaqal: Baş məşqçi və futbolçu bir-birini yalançı adlandırdı

17:21

Fatih Terim: "Neftçi"dən daha yaxşı komandaya qarşı oynayacağıq"

17:06

İstefa verən Fazil Məmmədovun yerinə yeni prezident seçildi

16:20

"Sabah"da uruqvaylı qapıçı - RƏSMİ

15:45

“Keşlə” rekordunu təkrarladı: 3-cü “3"

15:32

İclas keçirildi, millimizin baş məşqçisi Abdullayev oldu

15:17

Madrid klubunun forvardı "Yuventus"a gedir

14:50

Semedu İngiltərə klubuyla 5 illik müqavilə razılaşdırdı

14:34

Zidan: "Beyllə aramızda problem olmayıb, sadəcə..."

14:20

"Neftçi" - "Qalatasaray" oyununda təxribat

14:11

"Milan"ın oyununa azarkeşlər buraxılacaq

13:55

"Qarabağ" italiyalı oyunçu ilə danışıq aparır

13:37

I Divizionun başlanma tarixi açıqlandı

12:28

"Neftçi" "Qarabağ"ın uğurlu seriyasını qırdı

10:20

Evlilik öncəsi ulduz futbolçunu sarsıdan etiraf - FOTOLAR

10:00

De Byazinin millidə görmək istədiyi yeni hücumçu

09:11

"Liverpul"dan "Çelsi"yə iki qol - VİDEO

20 Sentyabr 2020
23:02

"Qarabağ" - "Neftçi" oyunu FOTOLARda

23:00

Azərbaycan derbisində vurulan qollar - VİDEO

22:57

Qurban Qurbanov: “Fikirləşirlər ki, prinsipə hücumçu almıram”

22:54

Füzuli Məmmədov: "Bu qələbə bizim üçün çox vacib idi"

22:25

"Qalatasaray" çempionu məğlub etdi - VİDEO

22:09

Azərbaycan derbisi: "Qarabağ" 5 oyun sonra "Neftçi"yə uduzdu

21:49

Abdullah Zubir "Neftçi"yə qarşı niyə oynamır?

21:10

"Zirə" "Sabah"a bu qollarla uduzdu - VİDEO

20:30

Rəşad Sadıqov: "Məğlubiyyətlər qaçılmazdı"

20:15

"Sabah"ın baş məşqçisi: "Avrokuboklar uğrunda mübarizə apara bilərik"

18:32

Azərbaycan Kubokunun TƏQVİMİ

18:28

Azərbaycan Premyer Liqasının tam TƏQVİMİ açıqlandı

17:50

Millimizlə oyunu buraxan futbolçu koronavirusu yendi

17:15

Çempionlar Liqası yeni formatda keçirəcək

16:49

"Səbail"in qapıçısı: “Azərbaycanda quzu əti çox yeyirlər”

Facebookdan bizi izləməyi unutmayın.