10:21 24.09.2020 782

“Qarabağ”ın 7 illik hegemonluğuna son qoyula bilərmi?

Futbol üzrə Azərbaycan Premyer Liqasında 3 turdan sonra maraqlı mənzərə yaranıb. "Report"un məlumatına görə, hazırda turnir cədvəlində 3 klub – "Sabah”, "Sumqayıt” və "Neftçi” şərikli liderlik edir. Onları 5 xalla hələlik məğlubiyyətsiz "Keşlə”, hərəyə 4 xal toplamış "Qarabağ” və "Zirə” izləyir.

Əslində çempionatın bu cür startı maraqlı mübarizə vəd edir. Təbii ki, burada digər komandaların güclənməsi ilə yanaşı, "Qarabağ”ın əvvəlki illərlə müqayisədə nisbətən zəifləməsi və qeyri-sabit çıxışı da rol oynayır. Mövcud mənzərə isə istər-istəməz ortaya belə bir sual çıxarır: Bu mövsüm "Qarabağ”ın ardıcıl 7 illik çempionluq hegemonluğuna son qoyula bilərmi?

Roman Qriqorçuk: "Çempionluq istəyən klub digərləri ilə oyunlarda xal itirməməlidir"

Vaxtilə "Qəbələ”yə rəhbərlik etmiş, hazırda isə Belarusun "Şaxtyor” (Soliqorsk) klubunun baş məşqçisi olan Roman Qriqorçuk Azərbaycanda çalışdığı müddətdə "Qarabağ"la rəqabətə davamlı komanda formalaşdırıb. Lakin o, "qırmızı-qaralar"la çempionluq sevinci yaşaya bilməyib.
 


Ukraynalı mütəxəssis "Report"a açıqlamasında bildirib ki, çempion olmaq istəyən komanda digər rəqiblərlə oyunlarda xal itirməməlidir: "Bu, o demək deyil ki, əsas rəqibini udmamalı, yalnız digər komandalar barədə düşünməlisən. Belə deyil. Ən vacibi, digər klublarla görüşlərdə xal itirməməkdir. Çempionluq üçün təkcə bu amil kifayət etmir. Sabit çıxış da lazımdır. Bunun üçün isə komanda yaxşı komplektləşməlidir. Həm çempionatda, həm də avrokuboklarda oynayan kollektivdə rotasiya imkanları geniş olmalıdır. Bunlar təxminən eyni şeylərdir. Bir sözlə, bütün suallar öz həllini tapmalıdır”.

Ağasəlim Mircavadov: "6-7 il əvvəlki dövr qayıdır"

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycanın 4 müxtəlif komandası - "Qarabağ" (1993), "Şəmkir" (1999/2000, 2000/2001), "Neftçi" (2004/2005) və "Xəzər Lənkəran" (2006/2007) ilə çempion olmağı bacarıb. Onun fikrincə, 3 turdan sonra çempionata qiymət vermək çox çətindir: "Mən də istəyirəm ki, Premyer Liqada gərginlik olsun. Belədə ajiotaj yaranar, həm məşqçilər və klublar inkişaf edər, həm də milli komandalar üçün futbolçular yetişər. 3 turla çempionata qiymət vermək olmaz. Yalnız hansısa klubun nə isə etmək istədiyini söyləmək mümkündür. Amma hələ köklü bir şey yoxdur. Sadəcə, turnir cədvəlində gərginlik hiss olunur. Artıq "Keşlə”dən başqa bütün klublar uduzub. Deyərdim ki, V - VI turdan sonra bir çox suallara aydınlıq gələcək. "Qarabağ” toparlanmasa, intriqa davam edə bilər. Aydın məsələdir ki, onlar avrokubok matçını gözləyirlər. Bilirsiniz ki, qarşılaşma səfərdə olacaq”.

Əməkdar məşqçi bildirib ki, çempionatda maraqlı vəziyyət yaransa da, klublarda sabitlik çatışmır. O, son illər sabit oyun göstərən "Qarabağ”da da hazırda bu çatışmazlığın olduğunu söyləyib: "Bir də burada transfer məsələsi xüsusi rol oynayır. Üçüncü amil isə oyun üslubudur. Hələ çempionluq barədə heç nə demək olmaz. 10 il bundan əvvəl çempionluq uğrunda 6-7 klub mübarizə aparırdı. İntriqa, həyəcan var idi. Görünür, həmin dövr qayıdır”.
 


Ötən tur səfərdə "Qarabağ”a 2:1 hesabı ilə qalib gələn "Neftçi”nin çempionluq şanslarını dəyərləndirən mütəxəssis 73 yaşlı hər şey baş məşqçinin iş üslubundan asılı olacağını vurğulayıb: "Çempion olmaq üçün sadə bir arqument var: orta-zəifləri udursan, əsas rəqiblərindən xal alırsan. Amma bunun üçün çox iş görülməli, komandada ailə mühiti formalaşdırılmalıdır, böyük-kiçik yeri bilinməlidir. Bununla yanaşı, təbii ki, oyun üslubu və sabitlik də olmalıdır. Sabitlik klubdaxili vəziyyətdən və məşq prosesinin qurulmasından irəli gəlir. Komandanın içində söz-söhbət olmamalıdır. Bunlar vacib amillərdir. Burada baş məşqçinin üzərinə çox böyük yük düşür. İstər klub prezidenti, istər vitse-prezident onun sözü ilə oturub-durmalıdır. Çünki komandanı baş məşqçi idarə edir. Kim bu məqamları nəzərə alsa, sabitliyi qorusa, çempionluq uğrunda sonadək vuruşacaq”.

A.Mircavadovun sözlərinə görə, "Qarabağ”ın avrokubok oyunundan sonra çox şey dəyişə bilər: "Qrupa düşsələr, yeni oyunçu lazım olacaq. Uduzsalar, bütün diqqəti çempionata ayıracaqlar. Düzdür, komanda qruplarda oynaya-oynaya da çempion olurdu. "Qarabağ” Premyer Liqadakı digər klublardan üstündür. Amma sabitlik yoxdur. Ola bilər ki, yaxşı hazırlıq keçə bilməyiblər. "Molde”yə uduzmaq komandaya psixoloji baxımdan təsir edə bilər. Çünki rəqibdən üstün idilər. 1 top vursaydılar, 2 və 3-cü qollar da olacaqdı. Amma alınmadı”.

O, son illər formalaşmış "Qarabağ” istəməsə, Azərbaycanda heç bir klub çempion ola bilməz” fikri ilə razılaşmadığını deyib: "Çünki bu, futboldur. Dünya çempionatında Səudiyyə Ərəbistanı Almaniyanı 1:0 hesabı ilə məğlub edib. Halbuki 10 dəfə oynasaydılar, hamısında almanlar udardı. Ona görə də bu, səhv fikirdir. Sovet dövründə Ukraynanın I katibi Vladimir Şerbitski Valeri Lobonovskini çağırıb sual vermişdi ki, çempion olacaqsan? O isə demişdi ki, mən çempionluğa oynayıram, amma qalib olacağımıza söz vermirəm. Yəni, qayda belədir. Ağıllı baş məşqçi heç vaxt çempion olacağını deməz”.

Erkin İbrahimov: "Sabah" rəhbərliyi keçmişdə çox səhv edib"

Söhbətə "Sabah” klubunun cari mövsümdəki çıxışı ilə başlayan futbol agenti Erkin İbrahimov komandada müsbət dəyişikliyin olduğunu bildirib. O, yeni baş məşqçi Visente Qomesin işinə müdaxilə olmayacağı halda ispaniyalı mütəxəssisin yaxşı nəticələr verəcəyinə inam ifadə edib: "Üç turdan sonra çempionluq şansları barədə danışmaq tezdir. Amma hansı komandada yaxşılığa doğru dəyişiklik varsa, bunu 2 tura da bilmək da olur. "Sabah” Jelko Sopiçi gətirəndə ilk turlardan inkişaf görünmürdü. Düzdür, adam deyirdi, gözləyək, vaxt lazımdır. Amma elə deyil. Baş məşqçi dəyişikliyi olanda 2-3 matçdan sonra nəticə olmasa belə, komandanın oyununda müsbət məqamlar görünməlidir. Bu, qanunauyğunluqdur. Vaxt istəyən baş məşqçilər heç o vaxta qədər vəzifələrində qalmırlar. Visente Qomesi Ukraynadan tanıyıram. İşini, futbola yanaşmasını, baxışını çox bəyənirəm. Çox savadlı, işini bilən mütəxəssisdir. Ona "Sabah”da istədiyi şərait yaradılsa, işinə müdaxilə olmasa, yaxşı nəticələr verə bilər. Üstəlik, "Sabah”da yerli futbolçu potensialı çox yaxşıdır. Əslində əvvəl də pis deyildi. Amma Slavik Alxasov və Amin Seydiyevin gəlişindən sonra potensial 30-40 faiz artdı. Bu, çox vacib amildir. Biri milli komandadadır, digəri namizəddir. Yay transfer pəncərəsində çox əcnəbi gətirmədilər. Çünki keçmişdə çox səhv ediblər. Yerli futbolçularla bunu kompensasiya edirlər. "Sabah”ın çempionluğundan danışmaq çox tezdir. Lakin ötən mövsümdəkindən yaxşı olacaqlarını söyləmək olar. Füzuli Məmmədovun dili ilə desək, "Neftçi” və "Qarabağ”da "yama” olacaqsa, "Sabah”, "Keşlə” kimi komandalar bundan istifadə etməlidirlər”.
 


E.İbrahimov düşünür ki, hazırda Azərbaycanda heç bir komanda çempionluğu qazana bilməz, sadəcə, "Qarabağ” onu itirə bilər: "Hər şey bu komandadan asılıdır. Çünki büdcəsinə, heyətinə, məşqçilər korpusuna, ümumiyyətlə, istənilən parametrlərə görə, "Qarabağ" 1 nömrədir. Hansısa klubun 1-2 ilə onları qabaqlaması qeyri-real görünür. Bu, "Lester”in 100 ildə bir dəfə çempion olması kimi bir şeydir. "Mançester Yunayted”, "Mançester Siti” kimi klublarda böhran idi. "Qarabağ” psixoloji baxımdan qeyri-sabit kollektivdir. Bir zərbə alandan sonra özünə gec gəlir, xallar itirir. Amma komandanın sükanı arxasında Qurban Qurbanov kimi baş məşqçi var. Futbolçuları bundan da pis vəziyyətdən çıxarıb. Hətta qış fasiləsinə 4 - 6 xal geridə yollandığı vaxtlar olub. Buna baxmayaraq, komanda həmin fərqi əridib. İnanmıram ki, bu cür təşkilatlanmış klub çempionluğu kiməsə verər. Düzdür, çətin vaxtlarıdır, bir az seleksiyada uğursuzluqlar oldu. Lakin düşünürəm ki, o cür potensialla hazırkı vəziyyətdən çıxmalıdırlar”.

"Neftçi” barədə də danışan futbol agenti "ağ-qaralar”ın hazırkı baş məşqçi Füzuli Məmmədovun rəhbərliyi altında uğur qazanmasının real olmadığını qeyd edib: "Baş məşqçisiz çempion olmaq olar. Amma həm dünyada, həm də Azərbaycanda həmin dövrlər artıq tarixə köçüb. Daha çox 1990 - 2000-ci illərdə futboldan kənar proseslərin köməyi ilə komandanı çempion etmək olurdu. Müasir futbolun tələblərinə əsasən, savadlı baş məşqçin yoxdursa, titul qazanmağın real görünmür. Gərək, "Qarabağ” bütün oyunları uduzsun, elə bir böhran olsun ki, "Neftçi” çempionluq kubokunu qazansın. İstər futbolçu seçimi, istər baş məşqçi işi baxımından "Neftçi”nin çempionluğu inandırıcı gəlmir. 1 oyunda hər şey ola bilər. "Sumqayıt” da gəlib Bakıda "Neftçi”ni uddu. Çempionatın əvvəlidir, milli komandaların toplanışları olur. Ona görə də sürpriz nəticələr qeydə alınır. Hələ çox sensasiyalar olacaq. Amma dekabradək hər şeyin yerini tapacağını gözləyirəm”.
 


"Füzuli Məmmədovla "Neftçi”də heç nə alınmayacaq"

E.İbrahimov "Neftçi”nin özündən zəif rəqiblərlə oyunlarda xal itirməsinin səbəbini də açıqlayıb: "Bunun üçün ilk növbədə, sabitlik olmalıdır. Bu, yoxdursa, deməli, səviyyə çatışmazlığı var. Əvvəlki "Neftçi”də sabitlik var idi. Meydana çıxırdı, "Sumqayıt”a 6 qol vururdu. Çempionluq mübarizəsində əsas məsələ odur ki, özündən zəif komandaları udasan. Əsas rəqibinə uduza da bilərsən. Komandada normal futbolçular ola bilər. Amma sabitlik olmayanda onlar da bir oyunda yaxşı təsir bağışlayır, növbəti matçda pis oynayırlar. Gənc məşqçiləri dəstəkləyirik. Amma Füzuli Məmmədovla "Neftçi”də heç nə alınmayacaq. Demirəm, Məmmədov məşqçiliyi kənara qoymalıdır. Sadəcə, "Neftçi” baş məşqçi debütü üçün ağır klubdur”.

Onun sözlərinə görə, çempionluq yarışında büdcə öz sözünü deyir: "Qarabağ”da Abdullah Zubir və Xayme Romero oynamayanda komandada problem olur. Çünki oyunu cinah hücumçularının üzərində qururlar. Hər ikisi olmayanda "Qarabağ” adi komandaya çevrilir. Hər ikisi yüksəködənişli oyunçudur. Matçın taleyini həll edə biləcək futbolçulardır. Ona görə də "Neftçi”, "Sabah”, "Keşlə” və "Sumqayıt” üçün ağır olacaq. Çünki sonda səviyyə öz sözünü deməlidir. Azərbaycan çempionatı elədir ki, sabah "Səbail” də "Qarabağ”ı uda bilər. "Keşlə”nin işi çətindir. Baş məşqçini dəyişiblər. Yeni oyunçular gəlib, komanda faktiki sıfırdan qurulub. Adaptasiya dövrünün necə keçəcəyindən çox şey asılıdır. "Sumqayıt”da da heyət yenilənib, amma baş məşqçi qalıb. Bu, elə komandadır ki, ona hamının simpatiyası var. Yerli futbolçulardan təşkil olunub. Hamı istəyir ki, onlar da nəticə versinlər. Lakin hələ çox tezdir”.
Oxşar xəbərlər

Xəbər lenti

26 Oktyabr 2020
00:09

27 ildən sonra işğaldan azad olunan Qubadlı - FOTOLAR

00:01

Ermənilər Şuşaya PKK terrorçularını gətirdi

25 Oktyabr 2020
23:44

“Fənərbaxça” “Trabzonspor"a qalib gəldi - VİDEO

23:30

Qubadlı şəhəri işğalçılardan azad olundu

18:31

Rəşad Sadıqov: "Gələcəkdə məşqçi kimi bu qədər danışmağı düşünmürəm"

18:18

Qurban Qurbanov: "İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım"

17:59

Rəşad Sadıqov "Qarabağ"dan xal aldı, "Sumqayıt" zirvədə

17:48

Azərbaycan Ordusundan düşmənə növbəti zərbələr - VİDEO

17:42

Visente Qomes: "Klub və futbolçular məni istəməsə, razılığa gəlmək olar"

17:36

Ayxan Abbasov: "Əvvəl onu millidən də silmişdilər, ancaq indi..."

16:45

Millimizin futbolçusu zədələndi

16:44

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

16:41

“Neftçi”nin futbolçusu Türkiyədə əməliyyat olundu

16:35

Riçard Almeyda "Zirə" - "Qarabağ" oyununda - FOTO

13:30

Düşmən 3 rayonumuzu atəşə tutur

13:12

Yurgen Kloppdan şok qərar: “Liverpul”dan gedir

13:01

Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir - FOTO

12:56

İsrailli futbolçu: "Qarabağ"la matçda qazanılan 3 xal bizim üçün stimuldu"

12:47

"Qarabağ"la oyunu kənardan izləmək çətin idi"

12:42

Ordumuz düşməni belə məhv edir - VİDEO

11:56

"Real" 3 il sonra "Nou Kamp"da qələbə qazandı

11:25

Azərbaycan əsgəri: “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO

10:23

Həbib Nurməhəmmədov karyerasını nə üçün bitirdiyini bildirdi

10:02

Qarabağda döyüşən erməni məşhur silahını atıb qaçdı

09:26

Falkaodan məhsuldar ötürmə, qol və qırmızı vərəqə - VİDEO

09:18

Həbib Nurməhəmmədov Castin Qetjiyə qalib gəldi

09:14

"El-Klassiko": “Real" "Nou Kamp"da “Barselona”ya qalib gəldi - VİDEO

09:09

Düşmənin hərbi vəzifəlilərinin böyük hissəsi və texnikası məhv edildi

09:04

Ordumuz bu istiqamətlərdə yeni mövqelərə doğru irəlilədi - RƏSMİ

24 Oktyabr 2020
18:52

Düşmənin hücum cəhdinin qarşısı alındı: Əsir götürülənlər var

18:36

Yunis Hüseynov: “Bu gün də qol imkanlarımız "Neftçi"dən daha çox idi”

18:26

“Qəbələ” legionerini itirdi

18:02

Aftandil Hacıyev: "Bu gün bizdə nəticəyə oynayan futbolçular azdı"

17:56

Qəbələdə "sülh", "Neftçi" zirvədə

17:38

Azərbaycanın Hərbi Komandanlığı işğal olunmuş ərazilərdəki dinc sakinlərə müraciət etdi

17:14

Elmar Baxşıyev: “Futboldan yox, qazandığımız uğurlardan danışmaq istəyirəm”

17:08

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO

15:53

Qubadlı istiqamətində düşmənin döyüş təyyarəsi məhv edildi

15:40

Azərbaycanda yoluxma 800-dən aşağı düşdü - 8 nəfər vəfat etdi

14:11

Laçın və Qubadlı Ermənistandan raket-artilleriya atəşinə tutulur

13:48

Millimiz ev oyunlarını Ukraynada keçirilə bilər

13:07

Hadrutda “o maşın xəyalım olub” deyən hərbçinin arzusu reallaşdı - FOTOLAR

12:56

Araz Abdullayevin yeni baş məşqçisi açıqlandı

12:50

Azərbaycan klubunun xanım azarkeşi saxlanıldı

12:45

Riçard Almeyda Azərbaycana qayıdır - Yeni klubu...

12:35

UEFA Avroliqanın rekordçularını açıqladı: Siyahıda “Qarabağ” da var

12:08

PSJ Ronaldunun transferindən vaz keçmir

12:01

“Liverpul” Türkiyə millisinin üzvünü transfer edir

11:48

"Turan Tovuz" Silahlı Qüvvələr Fonduna ianə etdi

11:27

Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi

11:14

Ermənistanın müharibə cinayətləri davam edir: 16 yaşlı yeniyetmə həlak oldu

11:07

Ermənilər Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur

11:05

Ordumuz düşmənin döyüş texnikalarını belə məhv edir - VİDEO

11:02

Millimizin baş məşqçisi: "Oyun təcrübəsinin olmaması matça təsir etdi"

10:09

Azərbaycanlı cüdoçu: "Qələbəmi şəhidlərə həsr edirəm"

10:05

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI

09:56

Düşmənin dayaq məntəqələri dağıdıldı, vacib yüksəkliklər azad edildi

23 Oktyabr 2020
18:34

Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - VİDEO

17:43

Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

17:34

Azərbaycan Ordusu bu kəndləri işğaldan azad etdi

17:27

Türk futbolçu Avroliqada həftənin ən yaxşısı oldu

17:20

Lippi karyerasını başa vurdu

17:00

Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO

16:43

“Roma”nın futbolçusu koronavirusa yoluxdu

16:19

“Başakşəhər”in prezidenti: “Stadionumuzu da, evimizi də “Qarabağ”ın üzünə açarıq”

15:54

Çempionlar Liqasında həftənin ən yaxşısı futbolçusu

15:41

Azərbaycanda daha 803 yeni yoluxma faktı qeydə alınıb

15:30

Qetji Həbiblə döyüşdə maksimum aqressiya vəd etdi

15:21

Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək

15:16

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Facebookdan bizi izləməyi unutmayın.