12:33 04.09.2019 1014

“Qəbələ”nin dağılmaması üçün dua etməli və..." - SORĞU

Son günlər ölkə futbolunda ən çox müzakirə olunan mövzulardan biri "Qəbələ" komandasının düşdüyü "qara zolaq"dı. Uğursuzluğun günahını özündə görə baş məşqçi Sənan Qurbanov tutduğu vəzifədən istefa verdi. Klub rəhbərliyi isə onun yerinə daha yaxşısını tapana kimi komandanı müvəqqəti olaraq məşqçi Elmar Baxşıyevə həvalə edib. 

Məsələ ilə bağlı olaraq Sport7.az saytı idman mətbuatının nümayəndələri arasında sorğu keçirib. 

Korrespondentlər "Qəbələ"nin baş məşqçi postuna kim gətirilsə, komandanı hazırki vəziyyətindən, uğursuzluq zolağından çıxara bilər?" sualına öz fikirlərini bildiriblər. 

Rəşad Ergün (Komanda.az): "Qəbələ"nin büdcəsi əvvəlki illərlə müqayisədə xeyli azaldıldığı üçün, indiki durumda əcnəbi mütəxəssis haqda düşünmək məntiqli olmaz. Klubun büdcəsi əvvəlki kimi olsaydı, "əcnəbi məşqçi gətirsələr yaxşı olardı" deyərdim. Amma büdcə əvvəlki büdcə deyil. Deməli, çıxış yolunu ölkədəki məşqçilərdə axtarmaq lazımdır. "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi olmuş Emin İmaməliyevə şans vermək olar. Bu cür güclü heyəti olmayan, büdcəsi zəif komandalarla Şahin Diniyev də başqaları ilə müqayisədə daha uğurlu işləyir. Onun Azərbaycan millisində, "Kəpəz" klubunda təcrübəsi var. Minimum imkan, maksimum nəticə - düşünürəm ki, Diniyev bunu ən yaxşı bacaranlardan biridir".

Anar Şabanoğlu (Müstəqil jurnalist): "Bu haqda Sənan Qurbanov istefa verən kimi feysbukda yazmışdım. Məncə, ən ideal namizəd Samir Əliyevdi. Düzdü, o hazırda 19 yaşadək milli komandamızın baş məşqçisidi. Amma "Qəbələ” də aşağı yaşlardan ibarət millilərə baza komandasıdı. Əliyev paralel olaraq həm milli, həm də "Qəbələ”də çalışsa, futbolumuza hərtərəfli faydası dəyər. Həm klub, həm də milli bundan ancaq qazanar. Samir Əliyev kimi gənc və bacarıqlı mütəxəssis Premyer Liqa klublarından birinə rəhbərlik etməlidi. Məncə, o, Bordin daxil Premyer Liqadakı əksər baş məşqçilərdən daha yaxşı mütəxəssisdi. Əliyev üzərində işləsə, gələcəkdə "ikinci Qurban Qurbanov” ola bilər. 

Rəşad Sadıqovun da adını çəkərdim. Bildiyiniz kimi, o, U-21-i və "Qarabağ”ın aşağı yaşlılardan ibarət komandanın baş məşqçisi olub. "Qəbələ” kimi əsas hədəfi gənclərin yetişməsi olan bir klubu Sadıqovun çalışdırması futbolumuz üçün də, Sadıqovun özünün baş məşqçi kimi möhkəmlənməsi üçün də əla qərar olardı. Amma hazırda Rəşad "Qarabağ”ın futbolçusudu və bu haqda danışmağı yəqin ki, sonraya saxlamalıyıq. Rəşad Sadıqov çox yaxşı məşqçi olacaq, buna zərrə qədər də şübhə etmirəm. 

Başqa bir variant Ramin Quliyev ola bilər ki, o "Qəbələ”də çalışıb və sistemi əzbər bilir. Mən gənc mütəxəssislərə güvənməyin tərəfdarıyam. Çünki "Qəbələ”nin kifayət qədər peşəkar rəhbərliyi var və sonacan baş məşqçinin arxasında duracaqlar, dəstəklərini verəcəklər. Hər şeyin peşəkar səviyyədə qurulduğu bir klubda gənc baş məşqçinin özünü göstərməsi də daha asan olar. 

Bu mənada Elmar Baxşıyevə şans verilməsinə də pis baxmıram. Klubun büdcəsində problem var. Heyət də çox zəifdi, ciddi hansısa nəticə göstərmək real görünmür. Baxşıyev də klubu tanıyan adamdı, eyni zamanda klub rəhbərliyi onu yaxşı tanıyır. Bu mənada bəlkə də indiki məqamda ən doğrusu elə budu.
"Qəbələ”nin hazırda əsas problemi baş məşqçi problemi deyil. Bu cür akademiyası, şəraiti olan bir klubun dağılmaması üçün dua etməli və hərə əlindən gələni əsirgəməməlidi. Çünki, bu klub uzun illər futbolumuzun inkişafına xidmət edəcək. Necə ki, yarandığı qısa müddətdə futbolumuza çox böyük töhvələr verib".
 
Mehman Süleymanov (Sport24.az): "İndiki məqamda "Qəbələ"nin baş məşqçi postuna kənardan yeni nəfəs gətirən mütəxəssis gətirilməsi daha məqsədəuyğundu. Bu, yerli də ola bilər, əcnəbi məşqçi də. Mənə görə xarici, xüsusilə gürcü mütəxəssisin olması daha yerinə düşərdi. Azərbaycanda işləmiş çalışdırıcıya müraciət etmək olar. Misal Zaur Svanadze və bu kimi mütəxəssislərə. Düzdür, Svanadze hazırda Tiflis "Dinamo"sunda işləyir və Avropa Liqasında məğlub etdiyi "Qəbələ"nin potensialını görüb, əvvəldən də tanıyır. O, məşqçi kimi ölkəsinin ən köklü klubunda işini davam etdirməyi, yoxsa yenidən Azərbaycanda baş məşqçi kimi işləməyi üstün tutacaq, bu, başqa məsələ. Ona görə gürcü mütəxəssisi misal dedim ki, "Qəbələ"də bu ölkənin futbolçuları çıxış edir. O, özüylə 1-2 də gürcü oyunçu gətirməklə, futbolçuların dilini daha yaxşı bilməklə, vəziyyətin yaxşılığa doğru dəyişmək yönündə addımlar ata bilər. Ancaq dediklərimin, ümumiyyətlə əcnəbi - fərqi yoxdu, bu gürcüdü, yoxsa başqası - baş məşqçi təyinatı üçün ilk növbədə ayrı büdcə ayrılmalı və bu, təsdiqlənməlidi. Axı, ödənişlər valyuta ilə olacaq və bu da avtomatik artıq xərc deməkdi. Bu isə indi onsuz da maddi sıxıntısı olan "Qəbələ" üçün əlavə yük deməkdi. Buna görə də yeni baş məşqçinin azərbaycanlı mütəxəssis olacağı daha real sayılır. İstənilən halda, yeni baş məşqçi "bu, mənim komandam deyil" söyləyib zaman istəyəcək. "Qəbələ" üçünsə zaman yoxdu. Ən vacibi isə baş məşqçidən daha çox heyətə mütləq "əl gəzdirilməsi"di. Xüsusilə də mərkəz müdafiəçisi və mərkəz hücumçusu mövqeyi güclənməlidi. Axı, komanda Avropa Liqasının qrup mərhələsini də nəzəər alsaq, 5 oyunda 1 qol belə vura bilməyib, əvəzində 13-nü buraxıb".
 
Əli Sahib (Fanat.az): "Sözün düzü, hal-hazırda ağlıma sehrli çubuğu olan məşqçi gəlmir deyəm ki, gələn kimi komanda düzələcək. Məncə, "Qəbələ”dəki problem tək məşqçi problemi deyil. Komandanın ruhu da gedib. Kim gəlirsə gəlsin, öncə bu ruhu qaytarmalıdı. Öncə yerli futbolçuları toparlamaq lazımdı. Əcnəbilər bu ruhu dərk edə bilməz. Deyərdim ki, uğursuzluqlarda yerli futbolçuların da payı az deyil. Əl-ələ verib "qara zolaq"dan çıxmalıdırlar. Necə?  Ötən 3 tura nəzər salsaq, "Qəbələ”nin legionerləri meydanda gəzməklə məşğul olub. Üstünlük yerlilərə verilməklə yanaşı əcnəbilərlə ciddi söhbət aparılmalıdı. Bunu təkcə klub rəhbərliyi, məşqçi yox, yerli futbolçular da etməlidi. Məhz bu halda xaricdən gələn futbolçu məsuliyyətini dərk edər. Gələn məşqçi öncə sadaladığım problemləri aradan qaldırmalıdı. Qalanı isə turdan-tura düzələcək. Düşünürəm ki, Elmar Baxşıyevə qışa qədər şans veriləcək. Amma Adil Şükürovun da adını çəkmək istərəm. Özünü sübut etmək istəyən məşqçi üçün əsl meydandı. Büdcəsi normal olan  klubda nə var ki məşqçilik etməyə. "Qəbələ”ni bu vəziyyətdən çıxartmağa səbr, təmkin və ən əsası məşqçi xarizması, xarakteri lazımdı. Düşünürəm ki, bu kriteriyalar Adil Şükürovda var.
Oxşar xəbərlər

Xəbər lenti

15 İyul 2020
00:18

Dembele başladı

14 İyul 2020
22:10

Fərid oynadı, komandası lideri yendi

21:30

Vernerin Bundesliqada vurduğu qollar - VİDEO

20:20

Lovren "Liverpul"dan ayrılır? - Kloppun açıqlaması

19:10

Dünya reytinqinin keçmiş "bir nömrə"si ilk qələbəsini qazandı - Karyerasını bərpa etdikdən sonra

18:50

Millimizin yeni baş məşqçisinə İtaliya A Seriyasından təklif

18:36

Türkiyə və Almaniya milliləri yoxlama oyunu keçirəcək

18:15

"Barselona" Koutinyunu Premyer Liqa klublarına təklif edib

17:39

"Bavariya"nın yeni baş məşqçisi o olacaq

17:04

"Atalanta"nın forvardı hovuzda zədə aldı

17:02

"Sumqayıt" baş məşqçisi ilə müqaviləni yenilədi

16:44

Klopp "Siti"nin ÇL qadağasının ləğvinə sevindi: "Yoxsa heç kimin çempionluq şansı olmayacaqdı"

16:28

Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi - CƏBHƏDƏN XƏBƏR

16:04

"Mançester Siti"dən Quardiolaya yeni müqavilə

15:47

"Barselona" yeni formasını təqdim etdi - FOTOLAR

14:58

Reşford PSJ-nin "radar"ında

14:36

"Liverpul" Bundesliqadan oyunçu transfer edir

13:51

General və polkovnikdən sonra daha 5 şəhidimiz var - CƏHBHƏDƏN XƏBƏR

13:33

"Real"ın futbolçusu İngiltərə yolunda

13:17

Azərbaycan Ordusunun generalı və polkovniki şəhid oldu - CƏBHƏDƏN XƏBƏR

13:06

Ulduz basketbolçu koronavirusa yoluxdu

12:36

Premyer Liqada yay "transfer pəncərəsi" hansı periodu əhatə edəcək? - QƏRAR

12:13

AFFA Bernhard Lippertlə yolları ayırdı

12:01

Karantini pozaraq futbol oynayan 25 nəfər saxlanıldı - FOTOLAR

11:48

Kavani Bekhemin klubuna "yox" dedi

11:15

Beylin "Real"dakı gələcəyi necə olacaq? - SON DURUM

10:39

Koronavirusun "Barselona"ya vurduğu zərər

10:38

Tovuzun bu kəndi artilleriya atəşinə tutulub - CƏBHƏDƏN XƏBƏR

10:29

Millimizin sabiq üzvü Türkiyə klubunun baş məşqçisi oldu - FOTO

10:13

Ronaldu bacısının paylaşımına görə cərimələnəcək - FOTO

09:58

Dörd qol vuruldu, "İnter" qalib gəldi - VİDEO

09:57

Avropa çempionumuzun qatili məhkəmə qarşısında

09:45

"Real" çempionluğa daha bir addım yaxınlaşdı - VİDEO

09:40

Millimizin sabiq hücumçusu Türkiyə klubunda

09:27

"Breşia"nın prezidenti soyğunçularla əlbəyaxa oldu

09:20

"Trabzonspor" və "Başakşəhər" uduzdu, "Beşiktaş" qələbə qazandı - VİDEOLAR

09:03

Bakıda idmançı qız oğlanı vəhşicəsinə döydü - ANBAAN VİDEO

09:00

"Mançester Yunayted" son saniyələrdə qələbəni əldən verdi - VİDEO

08:58

Məşhur kikboksçu Tovuzdakı döyüşlərdən danışdı - VİDEO

13 İyul 2020
21:37

"Zirə" 6 futbolçusu ilə yolları ayırdı

21:35

Bundesliqanın ən yaxşı 5 müdafiəçisi - VİDEO

20:25

Bir oyunda 74 xal topladı - Keçmiş NBA oyunçusundan möhtəşəm performans

19:20

İtaliyalı yarımmüdafiəçi "Yuventus"un "radar"ında

18:30

La Liqa: "Real" növbəti matçına çıxır

17:58

Arda və məşhur türk məşqçi İtaliyada klub aldılar

17:53

Millimizin rəqibi iki oyun keçirəcək

17:27

Quardiola məhkəmənin qərarına belə reaksiya verdi - FOTO

16:46

"Messi karyerasını bitirdikdən sonra da "Barselona"da qalacaq"

16:07

Beləsini görməmisiniz: Üç dəfə penalti vurdular, heç biri qol olmadı - VİDEO

15:21

"Zirə" kapitanı ilə yollarını ayırdı

15:14

MY-nin müdafiəçisi İtaliya yolunda

15:10

Erlinq Holand gecə klubundan qovuldu - VİDEO

14:48

Millimizin Millətlər Liqasındakı oyunları bu stadionda olacaq

14:46

Mourinyu Avroliqanı "Formula 2" ilə müqayisə etdi

14:04

Məşhur futbolçunun qardaşı güllələndi

13:40

MS İdman Arbitraj Məhkəməsinə təşəkkür etdi - BƏYANAT

13:10

"Mançester Siti" ÇL-də iştirak edəcək - Qadağa ləğv olundu

13:04

Niderland millisinin sabiq müdafiəçisi vəfat etdi

12:49

"Keşlə" Şamaxıya tam heyətlə yollandı

12:24

Klopp Almaniya millisində?

12:12

Milliləşdirilmiş futbolçumuzdan paylaşım: "Şəhidlər ölməz, vətən bölünməz" - FOTO

11:47

Kante karyerasını İtaliyada davam etdirə bilər

11:17

17 yaşlı futbolçu "Qalatasaray"ın tarixinə düşdü

11:13

Klopp "Liverpul"dan sonrakı karyerası barədə danışdı: "Bir il heç nə etməyəcəm"

10:44

Türk məşqçi: "Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri"

10:43

Formula 1: Hemilton Ştiriya Qran-prisinin qalibi oldu

10:20

Rüfət oynadı, komandası darmadağın etdi

09:56

Dörd qol vuruldu, "Milan" xal itirdi - VİDEO

09:25

"Fənərbağça" "Sivasspor"a uduzdu - VİDEO

09:06

Canni De Byazi: "Futbol baxımından böyüyən ölkəyə gedirəm"

Facebookdan bizi izləməyi unutmayın.