Qılıncoynatma üzrə yeniyetmə və gənclərin Azərbaycan birinciliyinə yekun vurulub.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışın ikinci günündə gənc qılıncoynadanlar sablya və şpaqa növləri üzrə qalibləri müəyyənləşdirib.
Sablya
Oğlan:
1. Rəsul Əliyev
2. Abbas Hüseynov
3. Daniel Verstakovas, Ayxan Xasıyev.
Qızlar:
1. Valentina Zeynalova
2. Fərəh Abasova
3. Zərifə Hüseynova, İrina Lobas.
Şpaqa
Oğlanlar:
1. Mirxətai Məmmədov
2. Emin Səfərbəyov
3. Oruc Misirzadə, Məhəmməd Əsədullayev.
Qızlar:
1. Xədicə Həsənli
2. Nəzrin Mehdiyeva
3. Aynur Quliyeva, Mirnuray Abasova.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçıları diplom və medallarla təltif edilib.