"Araz-Naxçıvan"da heyətlə bağlı son durum bilindi: Biri sıraya döndü, biri isə...

"Araz-Naxçıvan"da heyətlə bağlı son durum bilindi: Biri sıraya döndü, biri isə...

Bu gün Misli Premyer Liqasının 2-ci turu çərçivəsində "Neftçi"nin qonağı olacaq "Araz-Naxçıvan" heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komandada cəzalı futbolçu yoxdur.

Zədəlilərə gəlincə, yarımmüdafiəçi artıq məşqlərə dönən Şarl Boli baş məşqçi Cavid Hüseynovun sərəncaməndadır. Əvəzində Rövlan Muradovun yüngül zədəsi var. Yalnız o oynamaya bilər. Ancaq bu da baş məşqçinin qərarından asılı olacaq. 

"Neftçi" - "Araz-Naxçvan" qarşılaşması bu gün, avqustun 23-də baş tutacaq. “Palms Sports Arena”da reallaşacaq görüşün start fiti 20:45-də səsləndiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər