"Araz-Naxçıvan"ın vingeri "Şirvan"da!

"Araz-Naxçıvan"ın vingeri "Şirvan"da!

İkinci Liqanın startına bir gün qalmış "Şirvan" daha bir transfer reallaşdırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi cinah oyunçusu Elcan Məmmədovla anlaşıb.

22 yaşlı vingerin son klubu Region Liqasında çıxış edən "Lənkəran" olub.

"Araz-Naxçıvan"ın vingeri "Şirvan"da!

Bundan əvvəl isə o, "Araz-Naxçıvan"da oynayıb. Elmar Baxşıyevin vaxtında əsas komandaya da cəlb olunan Məmmədov Muxtar Respublika təmsilçisinin əvəzedicilərində əsas qol silahlarından olub.

Qeyd edək ki, "Şirvan" 2-ci Liqada debüt etdiyi ötən mövsümü 4-cü yerdə başa vurub. Bölgə təmsilçisi 2026/27 mövsümünün ilk turunda "Kür-Araz"la qarşılaşacaq. Oyun sabah Şirvanda təşkil olunacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər