23:22 28.06.2015 427

"Bakı-2015": I Avropa Oyunları başa çatdı - FOTO/VİDEO

"Bakı-2015" I Avropa Oyunları başa çatıb. Fanat.az хəbər verir ki, yarışların bağlanış mərasimi Bakı Olimpiya Stadionunda keçirilib.

Əvvəlcə stadionda şeypurlar səslənib, tamaşaçılar Azərbaycan prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayıb.

Аzərbaycan müxtəlif rənglərin, insanların, ənənələrin vəhdətindən ibarət zəngin xalça təsiri bağışlayır. Xalçanın ilmələri və naxışları kimi onların da hər biri fərqli olub. Yaradıcı heyət “Oyanış” adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanıb. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilib və geriyə sayım başlayıb. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşüb. Xor onlara qoşularaq Azərbaycan Dövlət Himnini yeni simfonik aranjemanda ifa edib. Azərbaycanın dövlət bayrağı stadiona gətirilib və qaldırılıb.


Mərasimin “transformasiya” adlanan başlanğıc hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerjisi və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edib. Ətrafa xalq musiqisinin sədaları yayılıb və ona müasir müğənnilər səs verib. Xalq rəqslərinin və müasir rəqslərin ifaçıları bir-birlərinin ritm və enerjisinə cavab verib.

Rəqqasələr əsas səhnədə dövrə vurduqca paltarları ətrafa şəfəq saçaraq gözəl naxışlar yaradıb. Səhnədəki üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi dəyişib. Açılan hər bir ətəyin uclarından 24 ifaçı tutub. Musiqi rok sintezinə çevrildikdə isə ənənəvi ətəklər müasir parlaq naxışlara dönüb. Bunun ardınca heykəlləri hərəkətə gətirən 128 ifaçı görünüb. Səhnədə dövrə vuran yüzlərlə rəqqasə mozaika formasında naxışlar yaradıb. “Qız qalası”nın divarları aralanıb və tamaşaçının gözü qarşısında müasir memarlıq abidəsi “Alov qüllələri” canlanıb. Bu səhnə müasirliyin keçmişdən qaynaqlandığını əyani şəkildə təcəssüm etdirib.


Stadionun ekranlarında qısa film nümayiş olunub. Bu film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə ilk Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12500 alovqoruyan könüllüyə minnətdarlığın ifadəsidi.

Arenada “Çal-oyna” xalq mahnısının melodiyası eşidilib. Azərbaycan Dövlət Uşaq Filarmoniyası xorunun ifa etdiyi bu mahnı 17 gün ərzində qəlbimizi idman ustalığı və cəsarəti ilə fəth edən 6 min atletın şərəfinə səslənən bayram havası təsiri bağışlayıb. Mahnının sədaları altında stadiona bayraqdaşıyanlar daxil olublar. Onlar iki cərgədə qarşı-qarşıya hərəkət ediblər. Bir cərgənin önündə Olimpiya Oyunlarının vətəni Yunanıstanın, digərinin önündə Oyunların ev sahibi Azərbaycanın bayraqları dalğalanıb. Xor oxuyan uşaqlar sülh və birlik rəmzi olan su zanbaqlarını komandaların plakat daşıyanlarına veriblər. 


İdmançılar tribunaların önündən keçiblər. Tamaşaçılar “Bakı-2015”in iştirakçılarını - Albaniya, Andorra, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Ermənistan, Xorvatiya, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Makedoniya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə və Ukrayna nümayəndələrini alqışlayıblar.


Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tribunaya dəvət olunub. O, əvvəlcə fəxri qonaqları və tamaşaçıları salamlayıb.


İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən duyduğu fərəh hisslərini diqqətə çatdıran Təşkilat Komitəsinin sədri deyib: "Qürur hissi duyuruq ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbiri keçirdi".

Ötən 17 günün Azərbaycanın tarixində əlamətdar və yaddaqalan günlər olduğunu vurğulayan Mehriban Əliyeva Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. O, eyni zamanda, Avropa Oyunlarını yaddaqalan idman festivalına çevirən bütün atletlərə, öz mövqeyi və qətiyyəti sayəsində bu ideyanı reallaşdıran Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə, beynəlxalq tərəfdaşlara, eləcə də azarkeşlərə və könüllülərə təşəkkür edib.

Mehriban Əliyeva nitqini bu sözlərlə tamamlayıb: “Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.

Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.

Atletlər, sağ olun!

Dostlar, sağ olun!

Azərbaycan, sağ ol!”


Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib. O, protokol nitqinə hərarətli ifadələrlə başlayıb: “Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəldi. Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun”.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” üçün çox gözəl arenalar hazırlandığını vurğulayan AOK-un prezidenti qeyd edib ki, iş fəaliyyətinin dəqiqliyi qızıl medal standartına uyğundu. Yeni gənc qəhrəmanlardan ibarət komandanı gözəl könüllülər formalaşdırdı. Bütün bunlar cəmi 30 ay ərzində təmin edildi.

Azərbaycanın və Avropa atletlərinin dünyaya möhtəşəm idman bayramı bəxş etdiyini bildirən Patrik Hikki deyib: “Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu. Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm: Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün gələcək parlaqdır”.

“Bakı-2015” ilk Avropa Oyunlarını minnətdarlıq, qürur və böyük nikbinlik hissi ilə bağlı elan etdiyini bildirən Patrik Hikki nitqinə bu sözlərlə yekun vurub: “Sağ ol, Bakı! Sağ ol, Azərbaycan”.


Stadionun monitorlarında daha bir qısa film nümayiş olunub. Film Azərbaycanın yaxın illərdə ev sahibliyi edəcəyi böyük tədbirlərdən - 2016-cı il “Formula-1” Avropa Qran-pri yarışlarından, 2017-ci il İslam Həmrəyliyi Oyunlarından, 2020-ci il UEFA Avropa çempionatının final mərhələsi matçlarından və Bakının görməli yerlərindən bəhs edib.

Musiqi getdikcə həzinləşir və tamaşaçıların diqqəti səmaya yönəlib. İfaçılar üzərində altıbucaq formalı işıq zolaqları olan sirk halqalarında akrobatik hərəkətlər edib. Onlar yerə enir və bu zaman səhnədə çıxış edən ifaçılar şouya qoşulublar. Əllərində əlvan rəngli bayraqlar olan 75 ifaçı səhnə boyunca hərəkət edib. Ahəngdar şəkildə hərəkət edən altıbucaqlı lövhələr birləşərək buta formalı üç səhnəni təcəssüm etdirən obraza çevrilib. Sonda “Bakı-2015” I Avropa Oyunlarının rəmzi olan nar ağacının qrafik obrazı yaranıb.


Səhnədə dünyamızın perspektivi təsvir olunub. Bu, gəncliyin enerjisidi. Rəqqas səhnədə bir enerji qığılcımı yaradıb. Güclü enerji bədənindən keçərək onu hərəkətə gətirib. Rəqqas bu enerjini rəqqasəyə, daha sonra isə başqalarına ötürüb. Onların urban və atletik tərzdə hərəkətləri yüksək enerjili hip-hop rəqsinə çevrilib. Beş yüzdən çox ifaçı diod lampalarla bəzədilmiş altıbucaqlı lövhələri başları üzərində tutaraq səhnəyə daxil olub. Onlar hərəkət etdikcə lövhələr əvvəlcə qrafik ekvalayzer, daha sonra şanagülü formasına düşərək müxtəlif heyrətamiz obrazlar yaradıb.

Stadionun monitorlarında 17 günlük yarışların əsas məqamları nümayiş etdirilib. Tamaşaçılar ruh yüksəkliyi və sevincin, qələbə və məğlubiyyətin doğurduğu hisslərin, idman arenalarında yaranmış dostluğun şahidi olublar.


Daha sonra stadiona Azərbaycan muğamını tərənnüm edən həzin kamança səsi yayılıb. Əsas səhnədə Atəşgah məbədi ucalmağa başlayıb. Məbədin damında dayanmış qum rəssamı Simurq quşu əfsanəsindəki “həyat ağacı”nı çəkib. Onun çəkdikləri səhnədə heyrətamiz şəkildə canlanıb. Yetmiş altı rəqqas qum üzərində çəkilən təsvirlərə mütənasib xoreoqrafik hərəkətlər nümayiş etdirib. Rəssam yaxınlaşan tufanı təsvir etdikdə rəqqaslar külək və dalğaları canlandırıb. Daha sonra o, qum üzərində quş fiqurları çəkib və səhnədə Oyunların iştirakçısı olmuş 50 ölkəni təcəssüm etdirən 50 quş görünüb. Quşlar bir yerə toplaşaraq əfsanəvi simurq quşuna çevrilib.

Musiqi getdikcə daha təntənəli xarakter alıb. Qum rəssamı indi alov rəsmləri çəkir və səhnəyə alov dilimlərinə bənzər qanadları olan rəqqaslar çıxıb. Musiqi güclənib, rəqqaslar daha çevik hərəkətlər edib və səhnə sanki od-alova bürünüb. İfa kulminasiya məqamına çatdıqda Simurq quşu heyrətamiz şəkildə alovlanır və stadionun mərkəzində şölə saçaraq yanmağa başlayıb.


Bu möhtəşəm səhnə məşhur əfsanənin motivləri əsasında qurulub. Əfsanəyə görə, bir dəstə quş xoşbəxtliyin, sağlamlığın və müdrikliyin müjdəçisi olan sehrli Simurq quşunun axtarışına çıxıb. Bir araya gəldikdə Simurq quşunun ruhunun qəlblərində yaşadığını və birləşəcəkləri təqdirdə vahid sirli varlığa çevriləcəklərini anlayıblar. Onların birliyindən yaranan Simurq quşu alovların əhatəsində pərvazlanıb səmaya qalxır və qanad çaldıqca yanaraq minlərlə işıq zərrəciyi arasında görünməz olub. Onun közü yerə yeni həyat toxumları kimi səpələnib, torpağa düşdükcə oyanış, dirçəliş baş verib.

Mərasim üçün yaradılan Simurq quşunun çəkisi 2 tona yaxın, ölçüləri 18x18 metr olub. Onun 50 qanadının hər birinin uzunluğu gərildikdə 1-3,4 metrə çatıb.


Səmadan tamaşaçıların üzərinə Simurq quşu əfsanəsindəki oyanış və dirçəliş toxumlarını əks etdirən yanar köz (işıq diodları) tökülüb. Beləliklə, 17 günün kulminasiya nöqtəsi yaxınlaşıb, I Avropa Oyunlarının alovu sönməyə başlayıb. Yavaş-yavaş sönməkdə olan bu alovun ətrafında 50 iştirakçı dövləti təmsil edən 50 uşaq dayanıb. Onlardan biri Oyunların alovu ilə çırağını yandıraraq onu digər uşaqlarla bölüşüb. Çıraqlar bir-bir yanıb.

Sonra səhnənin mərkəzinə yaxınlaşan alov ifaçıların yanından keçib və onların da çıraqları yanmağa başlayıb. Bu çıraqların asıldığı nəhəng çilçıraq səmaya yüksəlib. Meydan möhtəşəm işıq selinə qərq olub. Buradan belə bir məna çıxır: Avropa Oyunları alovunun zərrəciklərini qəlbimizdə daşıyıb dünya ilə paylaşsaq, o da Simurq quşu kimi ölməz olacaq.

Bu təsirli səhnələr Martin Rozengarten və Kristian Ştaynxauzerin Azərbaycan xalq mahnısı “Sarı gəlin”in motivləri əsasında aranjeman etdiyi “Lanterns” musiqisi ilə müşayiət olunub. Musiqi Şirzad Fətəliyevin ifasında balabanda səslənib.

Stadionda müasir rəqslər və mahnılar, ecazkar görüntülər bir-birini əvəz edib. Məşhur musiqi qruplarının və xarici estrada ulduzlarının ifaları əsl bayram ovqatı yaradıb.



Fanat.az
Oxşar xəbərlər

Xəbər lenti

05 İyun 2020
19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:40

Bundesliqada 30-cu tur həyəcanı: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

10:37

Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

10:20

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

10:10

"Real"ın 80 milyon avroluq təklifini rədd etdilər

09:37

Pellenin model sevgilisi təqibçilərini məst etdi - FOTO

09:35

NBA-nın bərpa tarixi və formatı dəqiqləşdi

09:24

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

09:05

"Yuventus" - "Milan" və "Napoli" - "İnter" matçları bu tarixlərdə oynanılacaq

09:00

"Neftçi"nin sabiq baş məşqçisinə İtaliya klubundan təklif

00:30

"Xəzər Lənkəran"da oynamış yarımmüdafiəçi baş məşqçi oldu

04 İyun 2020
20:20

Tanınmış məşqçinin zalı yandırıldı

19:10

İran millisinin üzvü "Arsenal"ın "radar"ında

18:27

Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama

18:15

"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

17:35

Premyer Liqada 5 oyunçu dəyişikliyinə icazə verildi

17:10

Məhkəmə ulduz futbolçu barədə qərar çıxardı: 6 aylıq həbs cəzası...

16:30

"Real"ın əfsanəsi Bundesliqa klubunun baş məşqçi postuna əsas namizəddi

16:23

FİFA Rusiya klubuna transfer qadağası qoydu

15:59

Rakitiç keçmiş klubuna qayıdır?

15:24

"Neftçi"nin sınaqçı-rəqiblərinin adlarına aydınlıq gəldi

15:21

Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

14:37

Elvin Məmmədov: "Buna gücüm çatacağına əminəm"

14:35

Sabiq çempion qolunun hansı vəziyyətə düşdüyünü göstərdi və pul tələb etdi - FOTOLAR

14:02

Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)

13:39

Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

13:30

Yuri Syomin yenidən "Dinamo"da?

13:07

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"da - RƏSMİ

13:00

"Avrokuboklarla bağlı qərar verilməyib" - UEFA-dan reaksiya

12:36

Sexudo dünya çempionunu hədələdi: "Səni diz çökdürərəm!"

12:31

"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

12:12

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

11:56

Alaba və Tyaqonun "Bavariya"dakı gələcəyi necə olacaq? - SON DURUM

11:32

"Instagram" milyonerləri - Ronaldu, Messi və Neymar

11:05

Azərbaycanlı üçqat dünya çempionu koronavirusa yoluxdu - FOTO

10:55

"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

10:25

Operativ Qərargahdan açıqlama: Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq?

10:15

"Messi, yoxsa Ronaldu? Məncə, Levandovski daha yaxşıdı"

09:35

Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

09:17

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi göndərildi

09:00

"Barselona" Neymardan imtina etdi

Facebookdan bizi izləməyi unutmayın.