"İki komanda ilə yoldaşlıq görüşümüz olacaq" - Samir Ələkbərov

"İki komanda ilə yoldaşlıq görüşümüz olacaq" - Samir Ələkbərov

1-ci Liqa təmsilçisi "Baku Sportinq"in milli komandaların oyunları ilə bağlı yaranan 2 həftəlik fasilə dönəmindəki planları məlum olub.

Bu barədə Fanat.Az-a Buzovna təmsilçisinin baş məqşçisi Samir Ələkbərov məlumat verib:

"Oyunçulara 4 günlük istirahət verilmişdi. Məşqlərimiz bərpa olunub. İki komanda ilə yoldaşlıq görüşümüz olacaq. İki oyunçumuzda mikrozədə var. Bunlardan biri "Araz-Naxçıvan"ın əvəzedici komandasıdır. Digəri isə "Neftçi"nin "dubl"udur".

Qeyd edək ki, 3 matça çıxan "Baku Sportinq" bu oyunlardan xal qazana bilməyib və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər