"İmişli" 2 yoxlama oyunu keçirəcək

"İmişli" 2 yoxlama oyunu keçirəcək

Dünən Misli Premyer Liqasında 6-cı tura yekun vurulub. Komandalar milli fasiləyə yollanıb. "İmişli"nin 2 həftəlik aradan necə faydalanacağı bəlli olub.

Bu barədə Fanat.Az-a "pələnglər"in sözçüsü Bəhruz Musayev məlumat verib:

"Komanda 3 günlük istirahətdən sonra sabah bir araya gələcək. İki yoldaşlıq görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və sınaq qarşılaşmalarının tarixi indilik dəqiqləşməyib".

Qeyd edək ki, "İmişli" 6-cı turda "Sabah"a 1:3 hesabı ilə məğlub olub. Sözügedən kollektiv hazırda 4 xalla turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər