"Kəpəz" 2 sınaq matçına çıxacaq

"Kəpəz" 2 sınaq matçına çıxacaq

"Kəpəz"in milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranacaq fasilə üçün planları bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı Gəncə təmsilçisinin mətbuat xidməti yayıb.

"Sarı-göylər" sentyabrın 20-də ölkə çempionatında "Sumqayıt"la oyundan sonra 4 günlük istirahətə yollanacaqlar.

Sentyabrın 25-də klubun bazasına toplaşacaq futbolçular məşqlərini Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında davam etdirəcək. Baş məşqçi Azər Məmmədov oyunçuları yoxlama matçlarında da sınaqdan keçirəcək.

Bu məqsədlə oktyabrın 2-də iki oyun keçiriləcək. Komanda həmin gün saat 12-də Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qüvvəsini sınayacaq.

Saat 17-də isə rəqib I Liqa təmsilçisi "Gəncəbasar" olacaq. "Kəpəz"in məşqçi korpusu bütün futbolçuların oyununu izləmək üçün heyəti iki yerə ayıracaq. Hər iki qarşılaşma Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər