"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət edilib.

Fanat.Az xəbər verir ki, bununla bağlı Gəncə klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.

28 yaşlı futbolçu sentyabrın 20-də Misli Premyer Liqasının VI turunda "Sumqayıt"la keçiriləcək oyundan sonra yığmanın düşərgəsinə yollanacaq.

O, UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldova adıçəkilən yarışın K qrupunda Slovakiya, Farer adaları və Qazaxıstan kollektivlərinə qarşı mübarizə aparacaq.

Qeyd edək ki, cari mövsüm "Kəpəz"in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər