"Neftçi" ilə oyuna hazırlaşan "İmişli"nin heyəti ilə bağlı son vəziyyət bilindi

"Neftçi" ilə oyuna hazırlaşan "İmişli"nin heyəti ilə bağlı son vəziyyət bilindi

Misli Premyer Liqasının 5-ci turunda "Neftçi"ni qəbul edəcək "İmişli"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.

"Pələnglər"in mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, komanda Yevlax şəhər stadionunda baş tutacaq görüşə itkisiz çıxacaq.

Aran təmsilçisinin sıralarında cəzalı və ya zədəli oyunçu olmadığı bildirilib.

Qeyd edək ki, "İmişli" - "Neftçi" matçı sentyabrın 11-də keçiriləcək. Qarşılaşmanın start fiti 16:30-da səsləndiriləcək. Hazırda 9 xalı olan "xalq komandası" turnir cədvəlində lider mövqeyində qərarlaşıbsa, 4 xala malik İmişli təmsilçisi 8-ci sıradadır.  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər