"Neftçi" ilə oyuna hazırlaşan "Şəfa"nın itkiləri varmı? - AÇIQLAMA

"Neftçi" ilə oyuna hazırlaşan "Şəfa"nın itkiləri varmı? - AÇIQLAMA

Misli Premyer Liqasının 4-cü turunda "Neftçi"nin qonağı olacaq "Şəfa"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Bu barədə Fanat.Az-a klubun sözçüsü Heybət Məmmədov məlumat verib:

"Hazırda heyətdə cəzalı və ya zədəli futbolçu yoxdur. Komandadakı bütün oyunçular "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir".

"Neftçi" - "Şəfa" görüşü sentyabrın 5-də reallaşacaq. "Palms Sports Arena"da baş tutacaq qarşılaşmanın start fiti 20:45-də səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər