17:26 07.07.2017 258

"Çox oyunçu ikiqat maaşa belə Azərbaycana gəlmir"- MÜSAHİBƏ

“Qəbələ”nin baş meneceri Zaur Əzizov klubun transfer dönəmindəki fəaliyyəti, komandanın yay hazırlığı, avrokubok və növbəti çempionat üçün hədəfləri ilə bağlı danışıb. Fanat.Az xəbər verir ki, klub rəsmisi futbolpress.az-a verdiyi geniş müsahibədə ictimaiyyəti maraqlandıran suallara aydınlıq gətirib.


 
- Keçən mövsüm başa çatandan sonra “Qəbələ”də sanki yarpaq tökümü başladı: Kvekveskiri, Sadiqov, Zenyov, Viks kimi əsas heyət üzvləri də daxil olmaqla çoxlu oyunçu getdi. Narahatlıq yaranmışdı ki, boşluqlar necə doldurulacaq...

- Mövsümün sonunda futbolçuların komandanı tərk etməsi, yeni gələnlərin olması təbii prosesdi. Biz də istərdik ki, eyni heyətlə sabit olaraq, bir neçə il oynayaq. Gedənlərin hərəsiylə bağlı müxtəlif səbəblər var idi. Eləsi oldu ki, bizi qane etmədi, eləsi oldu ki, müqavilə məsələsində razılıq əldə olunmadı və s. Hazırda demək olar, boşluqların əksəriyyəti doldurulub. Əsas narahatlığımız transferləri bir qədər gec eləməyimizdi. Ancaq ümid edirik ki, yeni gələnlər tezliklə uyğunlaşacaqlar və yenə Avropada uğurlu çıxış edəcəyik.

- “Qəbələ”də son illər belə bir maraqlı tendensiya formalaşıb ki, hər dəfə vacib adlar gedir, ancaq yeni gələnlər tezliklə əhəmiyyətli fiqura çevrilirlər. Burda müəyyən strategiya elementləri sezilir. Sanki artıq pul istəyənlər saxlanmır, dərhal yerinə daha sərfələsi gətirilir...

- Komandanın əsas heyət üzvlərindən gedənlərin hamısı sırf pul məsələsinə görə ayrılmayıblar. Dediyim kimi, hər oyunçu ilə bağlı səbəblər müxtəlif oldu. Vacib adları saxlamağı biz də istəyirik. Bu təkcə hazırkı transfer dönəminə aid deyil. Əvvəllər də cəhdlərimiz olub. Bəzən qıraqdan əsas heyət oyunçusu kimi görünənlərlə bağlı artıq mövsümün gedişindən qərar qəbul edirik ki, onunla yollarımızı ayıracağıq. Biz burda çox məsələləri nəzərə alırıq: məşqləri, komandadakı rolu, müqavilə şərtlərini və s. Bəli, yalnız maliyyə məsələlərinə görə gedənlərimiz də var, ancaq burda ən vacib məqam pul deyil. İndi elə dönəmdəyik ki, yalnız gələnlərlə maraqlanmalıyıq. Gedənlərə uğurlar arzulayıb, sağollaşmışıq.

- Legionerlərdən ikisi (Endi Hallidey, Famussa Kone) icarə əsasında cəlb edilib. Bu, yenidən sabit heyət, davamlılıq baxımından narahatlıq doğurur. Hətta Endi Hallidey açıqlamasında hələ “Reyncers” karyerasının onun üçün bitmədiyini və “Qəbələ”də özünü göstərib yenidən Şotlandiya klubuna qayıtmağı düşündüyünü deyib. Avropada icarə müqavilələrinə çox zaman transfer hüququ bəndi də daxil edilir. Bu praktikadan “Qəbələ” niyə istifadə etmir? Ümumiyyətlə, bu amil klubda narahatlıq yaradırmı?

- Ən çox çətinlik çəkdiyimiz yay transfer dönəmlərindən birini yaşayırıq. Demək olar ki, heç bir futbolçunu asanlıqla cəlb eləmək olmur. Bunu mətbuat bilmir, Dion Malone Avstriya toplanışına bir dəfə gəldi, getdi. Burda Avropadan Azərbaycana gəlmək, Hollandiya kimi ölkənin çempionatını tərk etmək kimi məsələlər var idi. Futbolçular ciddi tərəddüd edirlər. Bizim iki yolumuz var: ya Azərbaycana qaça-qaça gələcək oyunçuları – onların da səviyyəsi bizi qane etmir – gətirmək, ya da daha yaxşıları ilə razılaşmağın yollarını axtarmaq. Birincilərlə də uğur qazanmaq olar, amma bu, çox böyük riskdi. Belə bir vəziyyət əmələ gəlib ki, istədiyimiz futbolçular bizi ikinci plana atırlar, digərləri, yəni bura gəlməyə hər an hazır olanları isə biz ikinci plana atırıq. Bizim üçün ən vacib olan bəyəndiyimiz futbolçuları gətirməkdir və bununçün maksimum çalışırıq. Belə olanda müəyyən şərtlər ikinci plana keçir. Əgər müqaviləyə transfer hüququ bəndini salsaq belə, burda çox ciddi məbləğlərdən gedir söhbət. Digər tərəfdən vaxtımız çox deyil və belə məsələlərə əlavə zaman xərcləmək istəmirik. İndi ən vacibi azı növbəti mövsümün heyətini formalaşdırmaq və oyunçularla bir illik şərtlərdə razılığa gəlməkdir. Belə məsələlərin klub üçün problem olduğunu fikirləşmək olar, ancaq “Reyncers” tərəfi də, əslində, bizə sual verir ki, Hallidey Azərbaycana gedəndən sonra onun nə dəyəri qalacaq? Hər kəs özünü fikirləşir. Hallidey Şotlandiyada ən azı ildə iki dəfə bütün Avropanın izlədiyi “Seltik”lə oyunlarda iştirak edirsə, Azərbaycanda onun oyununa neçə nəfər baxacaq? Belədə oyunçuları razı salmaq çətinləşir. Başa düşürük ki, jurnalistlər də, azarkeşlər də klublarımızdan yaxşı transferlər gözləyirlər. Ancaq burda heç də həmişə pul ən həlledici məqam olmur. Artıq neçə ildir, işin içindəyəm və təkcə bu transfer dönəmi üçün 10-larla oyunçu göstərərəm ki, öz klubunda qazandığının ikiqatına Azərbaycana gəlməyə qətiyyətlə “yox” deyib. Tərəddüd belə etmir, konkret razılaşmır. Danışıq apardığımız futbolçunu bir gün sonra düşərgədə gözləyirik, ancaq həmin gün axşam xəbər edir ki, mən tərəddüd içindəyəm, “Qəbələ”nin ev oyunlarına baxdım və gördüm ki, stadionda min azarkeş var. Bu, onlar üçün ciddi amildir. Əgər futbolçu öz ölkəsində 15-20 min nəfər önündə meydana çıxırsa, Azərbaycanda bundan qat-qat az izləyicinin olmasına razılaşa bilmir. Hələ onlar min nəfər deyirlər, bizdə heç min nəfər də olmur. Transferlərdə müqavilə şərtləri, puldan çox belə amillər rol oynayır.  Ona görə də klublarımızı çox qınamaq lazım deyil ki, transferlər azdır, gecikir və s. Dəfələrlə oyunçular “qapıdan qayıdıblar”. Hər şey razılaşdırılıb, ancaq məişət şəraiti, ümumi futbol atmosferinə gəldikdə vəziyyət tamamilə dəyişib.

- Demək olar, bütün çətinlikləri qeyd etdiz. Bəs transfer bazarında bahalaşma varmı?

- İnanmıram ki, bunun bizə ciddi aidiyyatı olsun. Bahalaşma əsasən transfer məbləğiylə bağlıdı. Biz isə əsasən azad agentləri cəlb edirik. Büdcəmiz var və ona uyğun davranırıq. Bu il keçən mövsümlərdən fərqli olaraq, universallığı olan, bir neçə mövqedə oynaya bilən futbolçulara fikrimizi yönəltmişik. Demək olar ki, heç bir futbolçu yalnız bir mövqedə oynamır. Bu transfer dönəmində büdcəni nəzərə alıb, həmin amilə daha ciddi yanaşdıq. Demək istədiyim, bahalaşma olsa da, olmasa da, bəlli bir maliyyəmiz var və yalnız onunla işləyirik.

- Bundan sonra yeni transferlər planlaşdırılır?

- Bəli, planımızda var. Hazırda danışıq getdiyi üçün ad çəkməyəcəm. 1 və ya 2 oyunçu alacağıq.

- Yoxlama oyunlarında o qədər də yaxşı olmayan nəticələr komandada müsbət olmayan hansısa məqamlardan xəbər verə bilərmi?

- Hazırda toplanışdayıq. Bu, komandanın hazır olması, bir-birinə uyğunlaşmasıyçündü. Yoxlama oyunlarındakı nəticələrin o qədər də yaxşı olmamasına səbəb komandanın hələ hazır olmaması, yeni oyunçuların tam uyğunlaşa bilməməsi, bu matçların sadəcə hazırlıq xarakteri daşıması ola bilər. Zamanla komanda forma yığacaq. Həm də oyun var ki, nəticə yaxşı olmasa da, oyunçuların çıxışından razı qalırsan, ya da əksinə. Yoxlama görüşlərində əsas məsələ heyətin bundan nə qazanmasıdı. Hazırda komanda olaraq tam hazır deyilik. Əsas məqsədimiz ilk rəsmi oyuna qədər mümkün olan ən yaxşı səviyyəyə çatmaqdır.

- Həmin oyun da yaxın zamanda Avropa Liqasında olacaq. Son iki mövsümdə “Qəbələ” 4 mərhələ keçərək, qruplara düşub. Bu dəfə yol daha qısadı. Baş məşqçinin də olimpiya sistemiylə keçirilən oyunlarda daha inamlı göründüyünü nəzərə alsaq... Gözləntiləriniz nədir?

- Yenə də qrup mərhələsinə qədər irəliləmək istəyirik. Bilirik ki, kifayət qədər çətin hədəfdi. Komanda olaraq, bunun üçün nə lazımdısa, edəcəyik. İndiyə qədər klubun gördüyü işlər də hədəfin nə olduğunu bəlli edir. Alınıb-alınmayacağını zaman göstərəcək. Bu mövsüm ilk rəqib belə çox ciddidir. Polşa futbolu hamıya məlumdu. “Yagelloniya” keçən mövsüm çempionluq uğrunda sona qədər mübarizə aparıb. Bu baxımdan da hazırda bütün fikrimizi məhz bu komanda ilə Bakıdakı ilk oyuna yönəltmişik. Ümid edirik ki, əvvəlcə “Yagelloniya”nı keçəcəyik, sonra isə mərhələ-mərhələ istəyimizə çatarıq.

- Bakıdakı ilk oyun dediz... “Qəbələ” əvvəlcə avrokubokda doğma meydanda oynadı, daha sonra Bakıya köç baş verdi. Səbəb Qəbələdəki stadionun tribuna problemi, UEFA tələblərinə uyğun gəlməməsidi. Bunu yoluna qoymaq üçün nə lazımdı? Stadiona yeni tribunaların əlavə edilməsi planlara daxildimi?

- Ümumi olaraq, onu deyə bilərəm ki, stadionun hazır vəziyyətə gətirilməsi üçün, layihə, plan... – hər şey kağız üzərində tam hazırdı, təsdiqlənib. Bu işlərin nə vaxt görüləcəyi barədə konkret nəsə demək çətindi. Bir məsələ də var ki, azarkeşlərin stadionu doldurması ciddi rol oynayır. “Bakcell Arena”dakı oyunlarda tribunalar demək olar ki, tam dolurdu. Qəbələdə bu baş verəcəkmi? – demək çətindi. Yeni tribunaların quraşdırılması üçün tələbat da olmalıdı. Ehtiyac olduqda, stadion, tribuna tikilir, yaxud yenisi əlavə edilir. Tələbat olmayan yerdə isə belə məsələlər uzanır və daha vacibləri həll olunur. Mənə elə gəlir ki, Qəbələdəki oyunlarda tribunalar çox nadir hallarda dolursa, avrokubok oyunlarımızı Bakıda keçirməyimizçün ilk səbəb də elə budu.

- Baş məşqçidən tələb olunan/gözlənilən çempionluq hədəfinə gələn mövsüm çatmaq real görünürmü? Özü bu haqda dəqiq heç nə deməsə də...

- Komandanın qarşısında yeni mövsüm üçün qoyulan hədəf çempionluqdu. Ancaq heç bir idarəçi, məşqçi, futbolçu bununla bağlı zəmanət verə bilməz. Məşqçini, oyunçunu gətirəndə ondan çempionluq üçün söz verməsini istəmirik. Roman Qriqorçuku kifayət qədər tanıyırıq. Onun bacarıqları, komandanın potensialı bizə bəllidi. Bunların hamısını ümumiləşdirəndə hədəf çempionluq olmalıdı. Düzdü, bunun zəmanəti yoxdur ki, hər il belə olacaq, amma praktikada heyətdə köklü dəyişikliklər olsa belə, növbəti mövsüm uğur qazana biləcək komanda yığmağı bacardığımızı görmüşük. Artıq baş məşqçi də bunu sübut edib. Əsas odur ki, biz klub olaraq, bu istiqamət üzrə lazım olan işləri görürük. Hədəfə çatıb-çatmayacağımızı mövsümün sonu göstərəcək.


Oxşar xəbərlər

Xəbər lenti

15 İyul 2020
00:18

Dembele başladı

14 İyul 2020
22:10

Fərid oynadı, komandası lideri yendi

21:30

Vernerin Bundesliqada vurduğu qollar - VİDEO

20:20

Lovren "Liverpul"dan ayrılır? - Kloppun açıqlaması

19:10

Dünya reytinqinin keçmiş "bir nömrə"si ilk qələbəsini qazandı - Karyerasını bərpa etdikdən sonra

18:50

Millimizin yeni baş məşqçisinə İtaliya A Seriyasından təklif

18:36

Türkiyə və Almaniya milliləri yoxlama oyunu keçirəcək

18:15

"Barselona" Koutinyunu Premyer Liqa klublarına təklif edib

17:39

"Bavariya"nın yeni baş məşqçisi o olacaq

17:04

"Atalanta"nın forvardı hovuzda zədə aldı

17:02

"Sumqayıt" baş məşqçisi ilə müqaviləni yenilədi

16:44

Klopp "Siti"nin ÇL qadağasının ləğvinə sevindi: "Yoxsa heç kimin çempionluq şansı olmayacaqdı"

16:28

Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi - CƏBHƏDƏN XƏBƏR

16:04

"Mançester Siti"dən Quardiolaya yeni müqavilə

15:47

"Barselona" yeni formasını təqdim etdi - FOTOLAR

14:58

Reşford PSJ-nin "radar"ında

14:36

"Liverpul" Bundesliqadan oyunçu transfer edir

13:51

General və polkovnikdən sonra daha 5 şəhidimiz var - CƏHBHƏDƏN XƏBƏR

13:33

"Real"ın futbolçusu İngiltərə yolunda

13:17

Azərbaycan Ordusunun generalı və polkovniki şəhid oldu - CƏBHƏDƏN XƏBƏR

13:06

Ulduz basketbolçu koronavirusa yoluxdu

12:36

Premyer Liqada yay "transfer pəncərəsi" hansı periodu əhatə edəcək? - QƏRAR

12:13

AFFA Bernhard Lippertlə yolları ayırdı

12:01

Karantini pozaraq futbol oynayan 25 nəfər saxlanıldı - FOTOLAR

11:48

Kavani Bekhemin klubuna "yox" dedi

11:15

Beylin "Real"dakı gələcəyi necə olacaq? - SON DURUM

10:39

Koronavirusun "Barselona"ya vurduğu zərər

10:38

Tovuzun bu kəndi artilleriya atəşinə tutulub - CƏBHƏDƏN XƏBƏR

10:29

Millimizin sabiq üzvü Türkiyə klubunun baş məşqçisi oldu - FOTO

10:13

Ronaldu bacısının paylaşımına görə cərimələnəcək - FOTO

09:58

Dörd qol vuruldu, "İnter" qalib gəldi - VİDEO

09:57

Avropa çempionumuzun qatili məhkəmə qarşısında

09:45

"Real" çempionluğa daha bir addım yaxınlaşdı - VİDEO

09:40

Millimizin sabiq hücumçusu Türkiyə klubunda

09:27

"Breşia"nın prezidenti soyğunçularla əlbəyaxa oldu

09:20

"Trabzonspor" və "Başakşəhər" uduzdu, "Beşiktaş" qələbə qazandı - VİDEOLAR

09:03

Bakıda idmançı qız oğlanı vəhşicəsinə döydü - ANBAAN VİDEO

09:00

"Mançester Yunayted" son saniyələrdə qələbəni əldən verdi - VİDEO

08:58

Məşhur kikboksçu Tovuzdakı döyüşlərdən danışdı - VİDEO

13 İyul 2020
21:37

"Zirə" 6 futbolçusu ilə yolları ayırdı

21:35

Bundesliqanın ən yaxşı 5 müdafiəçisi - VİDEO

20:25

Bir oyunda 74 xal topladı - Keçmiş NBA oyunçusundan möhtəşəm performans

19:20

İtaliyalı yarımmüdafiəçi "Yuventus"un "radar"ında

18:30

La Liqa: "Real" növbəti matçına çıxır

17:58

Arda və məşhur türk məşqçi İtaliyada klub aldılar

17:53

Millimizin rəqibi iki oyun keçirəcək

17:27

Quardiola məhkəmənin qərarına belə reaksiya verdi - FOTO

16:46

"Messi karyerasını bitirdikdən sonra da "Barselona"da qalacaq"

16:07

Beləsini görməmisiniz: Üç dəfə penalti vurdular, heç biri qol olmadı - VİDEO

15:21

"Zirə" kapitanı ilə yollarını ayırdı

15:14

MY-nin müdafiəçisi İtaliya yolunda

15:10

Erlinq Holand gecə klubundan qovuldu - VİDEO

14:48

Millimizin Millətlər Liqasındakı oyunları bu stadionda olacaq

14:46

Mourinyu Avroliqanı "Formula 2" ilə müqayisə etdi

14:04

Məşhur futbolçunun qardaşı güllələndi

13:40

MS İdman Arbitraj Məhkəməsinə təşəkkür etdi - BƏYANAT

13:10

"Mançester Siti" ÇL-də iştirak edəcək - Qadağa ləğv olundu

13:04

Niderland millisinin sabiq müdafiəçisi vəfat etdi

12:49

"Keşlə" Şamaxıya tam heyətlə yollandı

12:24

Klopp Almaniya millisində?

12:12

Milliləşdirilmiş futbolçumuzdan paylaşım: "Şəhidlər ölməz, vətən bölünməz" - FOTO

11:47

Kante karyerasını İtaliyada davam etdirə bilər

11:17

17 yaşlı futbolçu "Qalatasaray"ın tarixinə düşdü

11:13

Klopp "Liverpul"dan sonrakı karyerası barədə danışdı: "Bir il heç nə etməyəcəm"

10:44

Türk məşqçi: "Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri"

10:43

Formula 1: Hemilton Ştiriya Qran-prisinin qalibi oldu

10:20

Rüfət oynadı, komandası darmadağın etdi

09:56

Dörd qol vuruldu, "Milan" xal itirdi - VİDEO

09:25

"Fənərbağça" "Sivasspor"a uduzdu - VİDEO

09:06

Canni De Byazi: "Futbol baxımından böyüyən ölkəyə gedirəm"

Facebookdan bizi izləməyi unutmayın.