"Qarabağ"ın sabiq ulduzunun transfer dəyəri 4 milyon avroya çatdı

"Qarabağ"ın sabiq ulduzunun transfer dəyəri 4 milyon avroya çatdı

"Qarabağ"ın sabiq futbolçusu Leandro Andradenin transfer bazarındakı dəyəri yenidən yüksəlib.

Fanat.Az "Transfermarkt" portalına istinadən xəbər verir ki, Ukrayna Premyer Liqasında aparılan son qiymətləndirmədən sonra "Polesye"nin hücumçusunun qiyməti artırılıb.

Uğurlu çıxışı ilə diqqət çəkən Kabo-Verde millisinin üzvünün yeni bazar dəyəri 4 milyon avroya çatıb.

Bu yay Ağdam klubundan ayrılaraq Ukrayna təmsilçisinə keçən 26 yaşlı vingerin aktivində 2 qol və 2 məhsuldar ötürmə var. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər