"Qəbələ" Futbol Akademiyasının futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

"Qəbələ" Futbol Akademiyasının futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

AFFA-nın təşəbbüsü ilə "Qəbələ" Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarının futbolçuları, məşqçi və texniki heyətin üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Fanat.Az xəbər verir ki, tədbirdə AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov və aparıcı mütəxəssis Murad Məmmədli çıxış ediblər.

Seminar zamanı danışılmış oyunlarda iştirak və manipulyasiya halları barədə məlumat verilib, bu cür cəhdlərin və ya məlumatların gizlədilməsinin ağır intizam pozuntusu olduğu diqqətə çatdırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər