"Sabahın Ulduzları": "Neftçi", "Qarabağ" və "Ulduz" yarımfinalda, 4-cü iştirakçı kim olacaq?

"Sabahın Ulduzları": "Neftçi", "Qarabağ" və "Ulduz" yarımfinalda, 4-cü iştirakçı kim olacaq?

“Sabahın Ulduzları” Bakı kuboku uğrunda yarış davam edir.

Fanat.Az xəbər verir ki, U-15 yaş qrupunda 11-ci tura yekun vurulub.

Turun son oyun günündə 3 matç keçirilib. "Neftçi" "Rekord"u inamlı hesabla yenərək ilkin mərhələni məğlubiyyətsiz və zirvədə tamamlayıb. Günün digər qarşılaşmalarında eyni hesab qeydə alınıb. "Sumqayıt"ın qapısından 5 cavabsız top keçirən "Qarabağ" ilə "Zəngəzur"a şans verməyən "Ulduz" da yarımfinala adlayıblar. 

Sabahın Ulduzları U-15, 11-ci tur 15 sentyabr

“Rekord” – “Neftçi” 1:3 Qollar: Ayaz Kəlbəliyev, 4 – Sultan Orucov, 18, İlham Qubadov, 41, 56.

“Qarabağ” – “Sumqayıt” 5:0 Qollar: Raul Hüseynli, 16, 33, 49, Altay Haqverdiyev, 48, Məhəmməd Bağırov, 64.

“Zəngəzur” – “Ulduz” 0:5 Qollar: Fuad Yolçiyev, 1, Ramin Əhmədli, 20, Rəsul Qurbanlı, 36, 70, Cəbrayıl Əkbərov, 37.

"Sabahın Ulduzları": "Neftçi", "Qarabağ" və "Ulduz" yarımfinalda, 4-cü iştirakçı kim olacaq?

Qeyd edək ki, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışın Əsasnaməsinə uyğun olaraq ilkin mərhələnin yekun cədvəlində ilk dörd pilləni tutmuş komandalar yarımfinala vəsiqə qazanırlar. U-15-lərin yarışında sonuncu - dördüncü yarımfinalçının adına sabah aydınlıq gələ bilər. EFA "Zəngəzur"la 7-ci turdan təxirə salınmış görüşdə qələbə qazana bilsə, "Sabah"ı qabaqlayıb 4-cü yeri özününküləşdirəcək. Əks halda, "Neftçi", "Qarabağ" və "Ulduz"a "bayquşlar" qoşulacaq.

U-15 7-ci turun təxirə salınmış oyunu 17 sentyabr 

20:00. “Zəngəzur” - EFA  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər